Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTOLAR

Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTOLARBir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə həkim-kosmetoloqlardan biri özünün sosial hesabından paylaşım edib.

Onun sözlərinə görə, qız iki gün daha gec müraciət etsəydi, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayacaqdı:

"Anatomiya sahəsindən xəbərsiz, qeyri-peşəkar həkimlər (bəzən də ali tibbi təhsili olmayan kosmetoloqlar) pasientləri bu tip faciəvi nəticələrə gətirib çıxarırlar.

Bu xanım mənim yanıma əməliyyatsız rinoplastika prosedurundan (yəni hialuron turşusu tərkibli fillerlərin infeksiyası köməyilə burunun əyriliyinin aradan qaldırılması) sonra gəldi.

Prosedur zamanı filler damara düşüb, işemiya və nekroz ilə sonlanıb. Kosmetoloq xanımı bir xeyli vaxt sakitləşdirməyə çalışıb və heç bir problemin olmadığına inandıraraq, müxtəlif lazımsız mazlardan istifadə etməyi məsləhət görüb.

Xanım özü məni tapdı, amma problem artıq altıncı gün idi ki, inkişaf edirdi. Hər bir dəqiqə bizim əleyhimizə işləyirdi. Biz uğurlu nəticəyə inanmırdıq, amma xanımı bu vəziyyətdə qoymaq istəmədik və işə başladıq.

Həftələrlə uzun sürən müalicə nəticəsində burunu xilas edə bildik".
Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTOLARAzərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5845   Tarix: 18 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel