Hansı hallarda uşaqlara peyvənd vurulmur?
"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir".
BAKU.WS xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.
Pediatr qeyd edib ki, infeksiya (bakteriya və ya virus) ilə qarşılaşma ciddi ağırlaşmalara səbəb ola bilər və xroniki xəstəliyin şiddətini artıra bilər:
"Peyvənd infeksiyalardan qorunmağa kömək edə bilər. Bununla belə, bu cür uşaqlar üçün peyvəndlər fərdi peyvəndləmə taktikasının diqqətlə seçilməsini və tətbiqini tələb edir.
Peyvənd anamnestik məlumatlar, perinatal dövrün xüsusiyyətlərini, psixofiziki inkişafı, keçmiş xəstəlikləri öyrəndikdən sonra başlamalıdır".
Səbinə Cəfərova bildirib ki, uşaq kəskin xəstəlik vəziyyətindədirsə, o zaman xəstəlik dövründə peyvənd azad edilir:
"Müxtəlif xroniki xəstəliklər üçün uşaqlar remissiya mərhələsində peyvənd edilir. Belə hallarda həkim uşağı müayinə etdikdən, onun müayinəsi, müalicəsinin məlumatları ilə tanış olduqdan, müvafiq mütəxəssislərlə məsləhətləşdikdən sonra peyvənd etməyə başlama imkanını müəyyən edir: nevroloq, allerqoloq, otolarinqoloq və s.
İmmun çatışmazlığı olan uşaqlar yalnız inaktivləşdirilmiş vaksinlərlə peyvənd oluna bilər. Xəstəliyin kliniki təzahürləri və immun çatışmazlığı olmayan İİV-ə yoluxan uşaqlar peyvənd təqvimindəki bütün peyvəndlərlə peyvənd olunurlar".
Pediatr bildirib ki, immunçatışmazlığı olan bütün uşaqlara adi peyvəndlərlə yanaşı, hər il qripə qarşı peyvənd edilməlidir.
Qeyd edilməlidir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21-27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Belə ki, sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.
Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi də burada öz əksini tapıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Keçmiş nazirin oğluna vəzifə verildi
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər