"İt Hüseynin üzündən yapışaraq bir neçə metr sürüyüb" -ŞOK təfərrüat+VİDEO

"İt Hüseynin üzündən yapışaraq bir neçə metr sürüyüb" -ŞOK təfərrüat+VİDEOAprelin 16-da Sulutəpə qəsəbəsində quduz itin 4 yaşlı Hüseynin üzünü parçalamasından sonra müvafiq qurumlar diqqəti bu hadisəyə yönəldib.

Sonxeber.az xəbər verir ki, uşağın atası Qismət Məmişov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onun əsas istəyi yiyəsiz itlərin küçələrdən yığışdırılması, "birka"lanması və peyvənd olunmasının həyata keçirilməsidir.

Q.Məmişov bildirib ki, hadisə vaxtı oğlu Hüseyn həyətdə çəpərin kənarında oturub çəpərin digər tərəfində oturan həmyaşıdı qonşu uşaqla söhbət edirmiş. Evin hasarı olmadığı üçün it qəfildən həyətə girib və Hüseynin üzündən yapışaraq bir neçə metr də sürüyüb. Hadisə vaxtı anası qızlarını dərsdən gətirmək üçün məktəbə gedibmiş. Qonşuların səs-küyündən sonra it uşağı yerə ataraq qaçıb.

Qismət Məmişov bildirir ki, aprelin 27-də 4 yaşı tamam olacaq Hüseyn həmin zaman şokda olduğu üçün heç ağlamayıb da. Hüseyni ilk olaraq Xocəsən uşaq xəstəxanasına aparıblar. Oradan isə təcili tibbi yardım maşını ilə "Semaşko"ya gətirilib. Burada isə lazımi bütün müayinələr aparılıb, quduzluq əleyhinə peyvənd vurulub, Hüseyn üzündən əməliyyat olunub, itin parçaladığı hissələr tikilib.

Atasının sözlərinə görə, həkimlər uşaqla bağlı konkret bir proqnoz deyə bilmirlər:

"Deyirlər ki, itin öldüyü gündən 40 gün gözləməliyik, ondan sonra quduzluğun keçib-keçmədiyi bəlli olacaq. İt uşağı dişləyəndən 3 gün sonra təkrar gəlib bizim həyətdə öldü".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1347   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xamını ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel