Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlik... Ailələri də onlarla ünsiyyətdən QORXUR

Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlik... Ailələri də onlarla ünsiyyətdən QORXURƏyilən barmaqlar, itirilən hissiyat, hər tərəfi yara və çürüyən bədən… Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi..

Cüzam deyəndə gözümüzün qarşısında təxminən belə bir xəstəlik canlanır. Əsrlərdir insanların qorxub, çəkindiyi bu xəstəlik günümüzə qədər gəlib çıxan ən dəhşətli infeksiya hesab olunur. Cüzam insanda yaranan xroniki infeksion xəstəlikdir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdı. Xəstəlik 3000 illik tarixə malikdir. Hazırda ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanlar var.

Bu xəstəlik keçici olduğundan insanlar cüzam adı gələndə diksinirlər.

Yəqin elə buna görə xəstəliyin daşıyıcılarını çox zaman valideynləri, ən yaxın qohumları da qəbul etmir, onunla adi təmasdan da çəkinirlər.

Xəstəlik haqqında və yaranma səbəbləri barədə respublikanın baş dermatoloqu Zülfüqar Hacıyev Modern.az-a danışıb

"Azərbaycanda cüzam xəstələri üçün xüsusi xəstəxana fəaliyyət göstərir. Hazırda Respublika Cüzam Xəstəxanasında 50-60 arası xəstə müalicə alır. Xəstəliyi yüngülləşdirmək üçün davamlı müalicələr aparılır. Lakin cüzamdan birdəfəlik qurtulmaq mümkün deyil. Bu xəstəlik əsasən pis qidalanma, avitaminoz, antisanitariya şəraitdə yaranır. Xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Xroniki xəstəlik hesab olunur və müxtəlif tipləri var. Lepramatoz cüzam ən ağır növ hesab olunur. Xəstəlik yoluxucudur. Uzunmüddətli kontakdan yaranır. Əsasən boğaz nahiyyəsində, ağızın selikli qişasında xəstəliyin ocaqları yerləşir. Ailə üzvlərinin biri xəstəlik daşıyıcısıdırsa, digər üzvlərə də hava vasitəsilə keçə bilər. Xəstəlik qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Adətən xəstəlik orta yaşlı insanlarda daha çox aşkar edilməkdədir ".

Mütəxəssislər deyirlər ki, bu xəstəlik sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır.

İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur. Ağrılar o dərəcədə olur ki, xəstələr tərkibində narkotik maddə olan dərman preparatlarından istifadə edirlər.

Cüzam xəstələri ilə işləmək də həkimlər üçün riskli hesab olunur. Həkimlər deyirlər ki, xəstəlik təzə başlayanda özünü biruzə vermir, yoluxmadan 5, bəzən 15, 20 ildən aşkarlanır. Xəstəliyin üzə çıxması insanın immun sistemindən asılıdr.

Azərbaycanda yeganə Cüzam Xəstəxanası Bakının Qaradağ rayonu ərazisindəki Umbakı qəsəbəsinin yaxınlığında yerləşir. Burada müalicə olunan və elə xəstəxana ərazisindəcə yaşayan cüzamlı xəstələr dərmanla pulsuz təmin edilirlər.
Bu xəstəlikdən əziyyət çəkənlərin psixikasında da dəyişikliklər olduğundan onlara qulluq etmək çox çətindir.

Cüzam insanı hər bir yaşda yaxalaya bilər – uşaq da, gənc də, yaşlı da cüzamdan sığortalanmayıb. Xəstəliyə yoluxanlar cəmiyyətdən, yaxınlarından təcrid olunmuş şəraitdə - Cüzam Xəstəxanasında yaşayır, elə burada da dünyasını dəyişirlər.(modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2785   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021