Kişilərin üzündə xəyanət cizgiləri var - Alimlər

Kişilərin üzündə xəyanət cizgiləri var - AlimlərQərbi Avstraliya Universitetinin alimləri insanların üz cizgiləri üzərində araşdırma aparıblar və bu qənaətə gəliblər ki, kişilərin üz quruluşuna əsasən onların xəyanətə meylli olub-olmadıqları haqqında yüksək ehtimallı təxmin yürütmək mümkündür. Onlar qadın üzlərinin belə bir informasiya daşımadığını bildiriblər.

Biz başqalarına nə dərəcədə etibar edə biləcəyimizi, adətən, onların üzlərinə baxaraq müəyyənləşdiririk, ancaq qənaətimizin doğru olub-olmadığı həmişə böyük sual altında olur. Avstraliyalı alimlər güman edirlər ki, partnyorun xəyanətə meylini təyin etmək təkamülün gətirdiyi qabiliyyətdir.

Təkamül nöqteyi-nəzərindən etibarsız partnyor gələcək üçün böyük təhlükə vəd edir, çünki bu, böyük resurs itikisi və hətta əlaqənin bitməsiylə nəticələnə bilər. Təəccüblü deyil ki, münasibətlərin qorunmasında əsas göstərici məhz seksual sədaqət hesab olunur.

London kraliyyət cəmiyyətinin dərc etdiyi araşdırmanın müəllifləri isə xəyanət ehtimalının təsadüfilikdən daha dəqiq səviyyədə müəyyən edilməsinin ancaq kişi üzlərində mümkün olduğunu bildiriblər.

Alimlər 189 nəfər arasında sorğu aparıb onlardan öz partnyorlarına xəyanət edib-etmədiklərini və ya başqasıyla münasibətdə olan biriylə əlaqədə olub-olmadıqlarını soruşublar. Sonra eksperimentin digər iştirakçılarının bunu hansı dəqiqliklə təxmin edə biləcəklərini yoxlayıblar.

Könüllülər həmin 189 nəfərin şəklinə baxaraq onların cəlbediciliyini və xəyanətə meyllik potensiallarını 1-dən 10-a qədərki aralıqda qiymətləndiriblər. Eksperimentdə 1516 insan iştirak edib - 582 kişi və 924 qadın.

Partnyoru qoruyub saxlamaq üçün onun təkcə özünün xəyanət etməsi ehtimalını yox, həm də rəqiblərdən gələn təhlükəni də qiymətləndirmək lazım gəldiyi üçün eksperiment iştirakçılarına onlarla eyni cinsdən olan şəxslərin şəkilləri də göstərilib və xahiş olunub ki, bu şəxslərin öz partnyorların xəyanət etməsi və ya başqa birinin partnyoruyla münasibətdə olması ehtimalını qiymətləndirsinlər.

Araşdırmanın nəticələri kişilər üçün heç də ürəkaçan olmayıb: hər iki cinsə aid iştirakçılar hansı kişinin etibarsız partnyor olduğunu daha böyük dəqiqliklə təxmin ediblər.

Rəyi soruşulan kişilər də fizioqnomikada müəyyən qabiliyyət nümayiş etdiriblər, ancaq onların göstərdiyi nəticələr qadınlarınkından xeyli aşağı olub. Bütün respondentlər partnyoruna xəyanət edən və ya başqasının partnyoruyla əlaqədə olan kişilərin 14%-ni təxmin etdikləri halda, qadınların şəkillərinə əsasən yürüdülən təxmin bundan 5 dəfə (4%) az olub.

Araşdırmada qeyd edilir ki, "kişilərin və qadınların kişi şəkilləriylə bağlı təxminləri təsadüfi səviyyədən daha yüksək həddə olub. Bu odeməkdir ki, kişilərlə bağlı təssüratlarımızda müəyyən həqiqət payı ola bilər".

Təxmin faizləri çox yüksək olmasa da, alimlər hesab edirlər ki, bu, potensial xəyanətkarları və başqalarının partnyorlarına göz qoyanları identifikasiya etməyə imkan verən adaptasiya mexanizmi olaraq təkamül baxımından əhəmiyyətli ola bilər.

Əvvəlki illərə aid araşdırmalarında alimlər onu da müəyyən ediblər ki, öz cinsinə aid üz cizgilərinin daha qabarıq olduğu kişilərdə xəyanətə meyllilik daha çoxdur. Bu əlaqəyə əsasən qadınlar şüuraltı olaraq və yüksək dəqiqliklə kişilərə "diaqnoz" qoya bilərlər.

Tənqid

Amma avstraliyalı alimlərin araşdırmaları ciddi tənqidə məruz qalıb. Jurnalistlər onlardan birini "2019-cu ilin ən faydasız araşdırması" adlandıraraq kişi xəyanətinin "brakonyer davranışı" adlandırılmasını lağa qoyublar.

Elm dünyasından gələn tənqidlərsə ilk növbədə "qabarıq üz cizgiləri" məsələsinə yönəlib. Mütəxəssislər bu əlamətlə bağlı iddianın mübahisəli olduğunu qeyd edərək analizdə ancaq ağdərili kişilərin şəkillərindən istifadə edilməsinə irad bildiriblər.

Öz araşdırmalarını şərh edən alimlər qeyd ediblər ki, təxminlərlə bağlı statistika elmi baxımıdan əhəmiyyətli olsa da, insanlar barədə konkret fikir yürütmək üçün yetərli deyil:

"Kişilərin xəyanətə meylli olmasını və ya partnyoru olan biriylə münasibət qura biləcəklərini onların ancaq üzünə baxaraq müəyyən etmək yanılmaq baxımından böyük risk yaradır".

Milli.Az
Kişilərin üzündə xəyanət cizgiləri var - Alimlər


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1250   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Onları öldürən oğluna şizofreniya diaqnozu qoyulub

Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişeli öldürməkdə ittiham olunan oğlu Nik Reynerı şizofreniya diaqnozu qoyulub. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Nəşrin məlumatına görə, 32 yaşlı Nik Reyner daim psixiatrik müşahidə altında olub və dərman qəbul edib. Faciədən təxminə

20 dekabr
.

ABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb

Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb. xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb. Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi v

21 dekabr
.

Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?

Çoxları göz üçün gimnastikanın görmə qabiliyyətini bərpa edə biləcəyinə inansa da, əslində mütəxəssislər bunun doğru fikir olmadığını bildirirlər. -ya istinadla xəbər verir ki, Rusiya Piroqov Universitetinin Nesterov adına Oftalmologiya kafedrasının dosenti Angelina Kazantseva belə məşqlərin görmə qabiliyyətini

21 dekabr
.

Yaşar Gülər: "Azərbaycana göstərdiyimiz dəstəyi Suriyaya da göstərə bilərik"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib. "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb. "Daha əvvəl mən Suriyaya səfər etmişəm

20 dekabr
.

Şaxta Babaya inam uşağın psixikasına zərər verir? - Psixoloqlar açıqladı

Şaxta Babaya inam uşağın psixikasına zərər vermir və böyüklər bunu diqqətlə və dürüst şəkildə dəstəkləsələr, onların emosional və idrak inkişafında mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə -ya Perm Politexnik Universitetinin mütəxəssisləri məlumat veriblər. Mütəxəssislərin fikrincə

19 dekabr
.

Dünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı

Yakutiya (Rusiya Federasiyası) son 24 saat ərzində Yer kürəsinin ən soyuq yaşayış yeri olub. -ya istinadən xəbər verir ki, ən aşağı temperatur Pokrovskda qeydə alınıb və -51,7C təşkil edib. Suxan meteoroloji stansiyasında -49,4C, Krest-Xalcay kəndində isə -48,7C temperatur qeydə alınıb

20 dekabr
.

İran nəqliyyatda vahid idarəetmə sistemi yaratmaq istəyir

İran rəsmiləri ölkənin nəqliyyat və infrastruktur şəbəkəsinin gücləndirilməsi üçün əlaqələndirilmiş, perspektivli səylər göstərməyə çağırıblar. "Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Dekabrın 20-də Tehranda "Nəqliyyat Həftəsi"nə həsr olunan tədbirdə çıxış edə

20 dekabr
.

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Aralıq dənizində yerləşən və uzun müddət nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün sığınacaq rolunu oynayan dəniz mağaralarında ciddi ekoloji problem aşkar edilib. Alimlər bu gizli dərinliklərdə plastik çirklənməsinin təhlükəli miqyas aldığını müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "IDR"

19 dekabr
.

Rusiyada Mərkəzi Asiyadan qazın nəql olunduğu magistral qaz kəməri yenidən sıradan çıxıb

Rusiyanın Volqoqrad vilayətində "Mərkəzi Asiya - Mərkəz" magistral qaz kəməri sıradan çıxıb. "Report"un məlumatına görə, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayıb. Hadisəyə dekabrın 19-da baş verən torpaq çökməsinin səbəb olduğu bildirilib. Hadisə yerin

20 dekabr