Volqoqradda Heydər Əliyevə SÜRPRİZ… - Video

Volqoqradda Heydər Əliyevə SÜRPRİZ… - Video1987-ci ilin 15-18 mart tarixlərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Büro üzvü kimi Rusiyanın Volqoqrad şəhərinə səfər edib.

Sonxeber.az xəbər verir ki, bu barədə Volqoqrad televiziyasında yayımlanan Svetlana Yuriçevanın müəllifi olduğu "Narodı Volqoqrada" ("Volqoqrad xalqları") verilişində söhbət açılıb.

1987-ci ildə SSRİ Nazirlər Şurasının Sosial İnkişaf bürosunun sədri Heydər Əliyevin ölkə üzrə səfərləri nəzərdə tutulub və ilk səfərlərdən biri Volqoqrad şəhərinə edilib.

Həmin dövrdə 14 nazirlik, nəqliyyat və sosial sahələrə nəzarət edən Heydər Əliyev Volqoqradda müxtəlif sahələrin nümayəndələri və rəhbərləri ilə bir sıra görüş və müşavirələr keçirib.

Kamışınski pambıq-kağız kombinatı, bir sıra fabriklər (trikotaj, ayaqqabı), Volqoqrad traktor zavodu, mağazaları gəzib, ictimai iaşə obyektlərində, xəstəxanada, dəmiryol vağzalında sürət qatarı ilə gəzintidə olub, Politexnik Universitetində ali təhsil problemlərini müzakirə edib.

Qeyd olunub ki, bir neçə günlük səfər ərzində problemlər çox sürətlə həll edilib, çünki Heydər Əliyev problemlərin həlli istiqamətində müvafiq göstərişlər verib və onların həllinə nəzarət edib.

Həmçinin Heydər Əliyevin səfər çərçivəsində ziyarət etdiyi məktəblərdən birinin müəllim heyəti də verilişdə danışıb. Pedaqoq Valentina Usaçeva azyaşlı qızı ilə təhsil şöbəsində işlə bağlı saatlarla gözlədiyini, bu zaman ora təsadüfən Heydər Əliyevin gəldiyini, problem bildikdən sonra məsələni cəmi bir neçə dəqiqəyə həll etdiyini qeyd edib. Onun sözlərinə görə, körpənin göz yaşlarına laqeyd qalmayan ümummilli lider dərhal məsələnin yoluna qoyulması üçün göstəriş verib.

Veriliş boyu Heydər Əliyevin SSRİ-də qazandığı böyük nüfuz və onu digər siyasi xadimlərdən fərqləndirən peşəkarlıq, əməksevərlik, uzaqgörənlik kimi xüsusiyyətlərə də yer ayrılıb, SSRİ rəhbərliyinin bu dahi siyasi xadimə qarşı haqsız mövqedən danışılıb.

Səfərin sonunda volqoqradlılar Heydər Əliyevə xüsusi bir sürpriz ediblər. Belə ki, ümummilli liderin şərəfinə təşkil olunmuş mərasimdə ona armudu stəkanda çay verilib və bu jest Heydər Əliyevi razı salıb.

Yekunda isə Moskva ilə narazılıqlar fonunda Heydər Əliyevin ölkə qayıtdığı və rəhbərliyə başladığı, İlham Əliyevin bu gün də onun siyasi kursunu uğurla davam etdirdiyi qeyd olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1061   Tarix: 10 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel