"Emil 444" kimin sifarişi ilə öldürülüb? - ŞOK TƏFƏRRÜAT

"Emil 444" kimin sifarişi ilə öldürülüb? - ŞOK TƏFƏRRÜATBakının Binəqədi rayonunda baş vermiş son illərin ən qəddar qətlinin təfərrüatları bəlli olub. "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib, qətldə bir neçə bıçaqdan istifadə olunması da bunu təsdiqləyən məqamlardandır.

Sonxeber.az-ın məlumatına görə, Mərhumun xalası oğlu Royal Əkbərov Musavat.com-a bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: "Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Əli oğlu Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi".

Royal Əkbərov deyir ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə daha bir mübahisə olub: "Emin cinayət aləminin üzvü deyildi, sadəcə kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu. Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqlaırn telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə "Vinçestr" silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub.

Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm. Hadisə olan günü Emin dostları ilə 6-cı mikrorayonda parkın qabağında dayanıb. Evə də zəng edib ki, yemək hazırlayın, gəlirəm, çörək yeyim gedək dəniz kənarına. Övladı olmalı idi. Emin həbsdən 15 gün idi ki, çıxmışdı. Parka Zaurun atası Əli Yusifov gəlib. Əli Eminə deyib ki, gəl otur maşına, gedək Zaurla söhbət edək, sizi barışdırım. Bu söhbətlər qurtarsın. Emin də yaşlı adam olduğuna görə Əlinin sözünü yerə salmayıb, onun dediyini edib. Maşına minmək istəyən dostlarına da deyib ki, narahat olmayın, ağsaqqal adamdır, onunla gedirəm. Dostlarını zorla maşından düşürüb".

Royal Əkbərov deyir ki, Zaur Yusifov əvvəllər adam bıçaqladığına görə həbsdə olub: "Eminin ağlına belə gəlməyib ki, belə iş tutarlar, ağsaqqal adamı qabağa verib belə bir cinayət törədərlər. Bu adamlar əvvəlcədən cinayəti planlaşdırıblar. Parkın qabağına Əli Yusifov yox, elə həmin Həsən, başqa biri cavan adam gəlib Emini çağırsaydı, Emin ora tək getməzdi. Zaur da, qardaşı Zamiq də Eminin xasiyyətini bilirdilər. Onun böyük-kiçik yeri bildiyindən xəbərdar idilər. Ona görə də ağsaqqallarını qabağa veriblər. Emini aldadıb evlərinin qabağına aparıblar ki, desinlər ki, guya Emin onların üstünə gəlib, bunlar da özlərini belə müdafiə ediblər. Eminin parkın yanında dayanıb dostları ilə söhbət etdiyi yerdə onlara Əli Yusifovun yaxınlaşmasını təsdiq edən kamera görüntülərini çıxarıb baxsınlar. Bu cinayət əvvəldən planlı şəkildə törədilib".

R.Əkbərov deyir ki, Emin Səfərov Əli Yusifovla onların qapısının qarşısına çatanda orada 5-6 nəfərin dayandığını görüb: "Zaur, Zamiq və başqaları miniblər maşına, trosu atıblar Eminin boynuna, onu boğublar. Soldan qoluna bıçaqla vurublar. Buna baxmayaraq Emin maşından düşə bilib. Onlara qışqırıb deyirmiş ki, kişisizsə, tək-tək gəlin. Əliyə də deyib sənin ağsaqqal olmağına inandım. Onun bədənində müxtəlif bıçaqların izləri var. Ona 41 yox, 78 bıçaq vurublar. Boğazında trosun izi də qalıb. Zaur, qardaşı Zamiq, bacısı uşaqları, Həsən, ataları Əli Yusifov və başqa şəxs olub orada. Əli Yusifovun əlinə də bıçaqla 2-3 yara vurublar, bunu da iz azdırmaq üçün ediblər. Hadisənin şahidləri də var. Tutulan yalnız Həsən Tağıyevdir, faktiki isə Emini qrup şəklində öldürüblər. Bu işi əvvəldən planlaşdırıblar. Emini 6 nəfər öldürüb, 1 nəfər tutulub".

Royal Əkbərov deyir ki, Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir: "Cinayəti törədən digər 5 nəfərin də istintaqa cəlb edilməsini istəyirik".

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub. Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emin Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emin Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Qanlı hadisə ilə əlaqəli Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsənin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2507   Tarix: 13 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021