Rəsmi Bakının gözü Brüsseldə: Qarabağ üçün mühüm danışıqlar başlayır

Rəsmi Bakının gözü Brüsseldə: Qarabağ üçün mühüm danışıqlar başlayırBu gün - mayın 13-də Brüsseldə Avropa Birliyinin (AB) 2009-cu ildə əsası qoyulmuş "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin yubiley sammiti başlayır.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, 2 gün çəkəcək toplantıya 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir. İlk yubiley sammitində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir (Yazı hazırlanarkən səfərlə bağlı rəsmi açıqlama verilməmişdi).

Azərbaycan üçün bu mötəbər tədbir, şübhəsiz, öncəliklə təşkilatla ölkəmiz arasında müzakirəsi yekunlaşmaq üzrə olan "Strateji tərəfdaşlıq haqda" sazişin taleyi ilə bağlı önəm kəsb edir. Xatırladaq ki, bir neçə gün öncə Milli Məclis sədri Oqtay Əsədov sənədin imzalanmağa hazır olduğunu və mayın 13-də imzalanacağını bildirsə də, Azərbaycan Xarici İşlər Nazirliyi onu təkzib etmişdi. İstənilən halda, bu həftə sənədlə bağlı mühüm, hətta tarixi bir gəlişmənin şahidi ola bilərik.

*****

Rəsmi qaynaqlara əsasən qeyd edək ki, ermənilərin və onların havadarlarının ciddi cəhdlərinə rəğmən, imzalanması nəzərdə tutulan sənəd layihəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə dəstək yer alıb. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün erməni işğalçı qüvvələri tərəfindən pozulduğu aydın şəkildə əks edilib:

"Bu, çox mühüm məsələdir. Biz bunun üzərində uzun müddət işlədik və ölkəmizin ərazi bütövlüyü ilə bağlı maddənin sazişə daxil edilməsinə nail olduq. Bir qayda olaraq, dövlətlər belə sənədi Avropa Birliyindən kömək almaq üçün imzalayır. Ancaq bizim buna ehtiyacımız yoxdur. Bizim əsas hədəflərmiz Azərbaycan-Ermənistan konfliktinin nizamlanması və beynəlxalq iqtisadi-ticari əlaqələrimizin inkişafıdır", - deyə Əsədov vurğulamışdı...

*****

Sammitdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. Bu barədə mətbuata Paşinyanın özü deyib. Erməni KİV-nin məlumatına görə, o, Brüsseldə İlham Əliyevlə görüşünü mümkün sayıb. "İlham Əliyevlə rəsmi görüş nəzərdə tutulmayıb. Ancaq əgər üz-üzə gəlsək, aramızda söz mübadiləsini istisna eləmirəm", - deyə erməni lider jurnalistlərə deyib.

Yada salaq ki, Əliyevlə Paşinyan arasında indiyədək 4 görüş keçirilib. Onlardan axırıncısı - mart ayındakı Vyana görüşü yeganə rəsmi görüş sayılır. Bu xüsusda çox əlamətdar olardı ki, Nikol Paşinyanın Brüssel səfəri AB-nin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini təsdiqləyən sənədin imzalanma gününə təsadüf edəydi. Bu, işğalçı Ermənistanın ədalətli sülhdən yayınan və bir az da inqilab eyforiyasında olan hazırkı rəhbərliyinə yetərincə ayıldıcı bir mesaj olardı.

Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında atəşkəs haqda Bişkek protokolunun imzalanmasının dünən - mayın 12-də 25 ili tamam oldu. Bu 25 ilin ən böyük nəticəsi isə təəssüf ki, nəticəsizlik və artan müharibə riskidir. Səbəb də işğalçı Ermənistanın öz havadarlarına arxalanaraq, beynəlxalq hüquqa, onun əsas prinsipi olan ölkələrin ərazi bütövlüyü prinsipinə məhəl qoymamasıdır.
Şübhəsiz ki, bu gün başlayan Brüssel toplantısının yekun bəyannaməsində AB bir daha tərəfdaş dövlətlərin ərazi bütövlüyünü və suverenliyini öz dəstəyini ifadə edəcək. Daha bir səbəb: separatçılıq artıq Avropa Birliyinin öz daxilində də (Fransa, İspaniya) ciddi problemə və təşkilat üçün təhdidə çevrilib...

*****

"Şərq tərəfdaşlığı" sammitinin Rusiyanın da diqqətində olacağı şəksizdir. Çünki söhbət Rusiya ilə həmsərhəd 6 postsovet ölkəsinin qurumla əməkdaşlığı getdikcə dərinləşdirməsindən gedir. Ancaq konkret olaraq Azərbaycana gəlincə, AB ilə imzalanacaq sənəd heç bir halda nə Rusiyanın, nə də digər hər hansı üçüncü ölkənin əleyhinə yönəlməyib, yönələ bilməz. Ən azı o səbəbə ki, sənəd rəsmi Bakının balanslı xarici siyasət kursuna uyğun hazırlanıb. Vurğulandığı kimi, Azərbaycanın əsas hədəfi isə Qarabağ probleminin həllində AB-nin daha sanballı dəstəyinə nail olmaq və beynəlxalq iqtisadi-ticari əlaqələri inkişaf etdirməkdir.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə də hesab edir ki, AB ilə bağlanacaq saziş Rusiya əleyhinə deyil. "Yeni Müsavat"a açıqlamasında o deyib: "Açığı, sazişdə Rusiyaya qarşı ola biləcək bütün hissələr yığışdırılıb. Həmin hal Ermənistanla saziş bağlananda da olmuşdu. Ermənilər saziş üçün danışıqlar aparırdılar. Rusiyanın təpkisindən sonra Kremlə xoş gəlməyən bəndlər oradan yığışdırıldı. Bizim sazişdə də bunlar olmadığı üçün Rusiya o qədər də təzyiq etmir".

Ancaq onu da qeyd eləməyə gərək var ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın dominantlıq elədiyi birliklərin - Avrasiya Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - "Rus NATO-su") üzvü deyil, tarazlı xarici siyasətə üstünlük verən ölkədir. Yəni Bakı İrəvan kimi Kremlə hansısa əlavə öhdəliklərlə bağlanmayıb. Bu mənada Azərbaycanın AB ilə tərəfdaşlıq sazişinin Ermənistanla imzalanan sənədlə müqayisədə daha məzmunlu və sanballı, daha işlək olacağını gözləməyə dəyər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1567   Tarix: 13 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021