Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələsi yenidən gündəmdədir.

Mövzu ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Fazil Mustafa bildirib ki, Azərbaycan ermənilərin həyata keçirdiyi təxribata qarşı cavab verməyə hər an hazırdır:

"Bununla bağlı Azərbaycan tərəfi anti-terror əməliyyatına xas olan bir kursu həyata keçirir. Hər an ermənilərin təxribatlarına qarşı da cavab verməyə hazırıq. Biz niyə indiki vəziyyətdə cavab verən durumdayıq? Çünki avantajlı, üstün vəziyyətdə olan Azərbaycandır. Azərbaycan hər hansı bir şəkildə Ermənistana və yaxud da onu himayə edən dövlətlərin əlinə bəhanə vermək istəmir. Yəni birinci addımı ermənilər atır və cavab da bundan qat-qat sərt olur. Bu cavabla da Ermənistanın bütün təxribatçı niyyətləri heçə çıxarılır. Azərbaycan bir neçə dəfə təxribatları yola verərək Ermənistanın sağlam bir addım atmasını gözlədi. Sanki onları müəyyən dərəcədə sülhə təşviq etməyə çağırdı, amma gördü ki, onlar bunu anlamırlar. Belə olan halda da birdən-birə Gorus-Qafan yolunu bağladı. Çünki o yol bizim nəzarətimizdədir. Belə jestlər həm də xəbərdarlıqdır ki, Azərbaycan istənilən an sərt addımlara əl ata bilər və buna da imkanlarımız var. O baxımdan, Şuşadakı anti-terror əməliyyatı və bir neçə erməninin məhv edilməsi onu göstərdi ki, hər hansı bir şəkildə strateji mövqeləri yetərli səviyyədə əlverişli olmayan Ermənistanın Azərbaycana üstün gəlmək şansı yoxdur.

Oradakı proseslər də tam Azərbaycandan asılıdır. Biz istəsək, oranın infrastrukturunu da iflic edə bilərik.

Bütövlükdə biz bu kimi məsələlərdə ilk addımın Ermənistan tərəfindən atılmasını hansı taktika ilə əsaslandırırıq? Nəzərinizə çatdırım ki, 44 günlük müharibənin başlamasına səbəb, ermənilərin təxribatçı addımları oldu. Nəticədə Azərbaycan cavab tədbirləri ilə torpaqları işğaldan azad etdi. Təqribən eyni taktika bu gün də qüvvədədir. Təxribatçı addımlar genişlənərsə, istənilən şəraitdə və istənilən uyğun zamanda biz buna qarşı cavab verməyə qərarlıyıq. Bunu ermənilər də yaxşı bilir. Burada gedən psixoloji bir savaşdır.

Ermənilərin uzaq məsafədən atdıqları atəşin onsuz da bir təsiri yoxdur. Onlar sanki bununla göstərməyə çalışırlar ki, hələ də burada yaşayırlar və öz iddialarından əl çəkmirlər. Buna görə də bu cür kiçik və cılız təxribatlara əl atırlar. Nəzərinizə çatdırım ki, qondarma rejimin "müstəqillik" gününə Ermənistan rəhbərliyindən heç kəs getmədi. Bir neçə deputat sadəcə özbaşına gəldi. Bunlar da elə bir effektiv təsir gücü ortaya qoymadı. Azərbaycan cəmiyyəti addım-addım bu məsələdə psixoloji savaşın irəliləməsinə dəstək verməlidir. Onsuz da ordumuz hərbi savaşa hazırdır və istənilən vaxt biz bunu həyata keçirdə bilərik. İndiki vəziyyətdə ermənilərin daha çox sınması üçün bu psixoloji baryeri biz daha irəli çəkib, genişləndirməliyik. Elə etməliyik ki, daha münbit şəkildə torpaqlar boşalsın və orada Azərbaycan hakimiyyətinin bərpa olunması təmin edilsin.

Bu ərazidə ermənilər onsuz da yaşayacaq, amma hansı ermənilər? Burada yalnız Azərbaycan Konstitusiyasını tanıyan və Azərbaycan vətəndaşlığını qəbul edən erməni qalmalıdır. Bunu qəbul etməyən hər hansı bir erməni buradan bu və ya digər formada çıxarılmalıdır. Bizim hədəfimiz bu olmalıdır və cəmiyyəyimiz bu istiqamətdə öz dəstəyini bizdən əsirgəməməlidir.

Əslində onlarda belə bir xəstəlik var. Sona qədər müəyyən bir nəticəsi olmayan xəstəliklə bərabər ümidlə yaşamaq tendensiyası bir çox insanlara məxsusdur. Bu, hətta xalqlara da aiddir. Yəni bu xəstəlik onlarda hələ də çözülməyib. Ümid edirlər ki, Amerikadan, Avropadan gələn "həkim", bunu sağaldacaq və onlara kömək edəcək. Onların yanaşması daha çox belədir. Ermənilərdə xarici dəstəyə indeksli bir yanaşma var. Amma bu, illüziyaya uğradı.

Necə ki, 44 günlük müharibə zamanı onlar gördülər ki, heç kəs köməyə gəlmədi. Onların orada günəş panelləri, kommunikasiya xətlərini quraşdırması təxribatdan çox, ermənilərin resurslarının yoxluğu ilə əlaqədardır. Bunlar bir parazit kimi işğalda olan torpaqlarımızdan taxıl, meyvə götürürdülər, oranın zənginliyindən istifadə edirdilər.

Bu gün onların "əlləri kəsildi". Üstəlik, kommunikasiya sistemləri də pozulub. Onlar artıq Ermənistana Kəlbəcər istiqamətindən çıxa bilmirlər. Tək yol qalıb, o da Laçın dəhlizi. Oradan da istifadə etmək elə də asan məsələ deyil. Onlar hazırda tam əlverişsiz vəziyyətdədirlər. Ehtiyaclarını ödəmək üçün tədbirlər görürlər. Biz su qıtlığını kompensasiya edərək, ətraf yerlərdən bulaqlar və başqa resurslarımızla özümüzü təmin edə bilirik. Bəs ermənilər haradan bərpa edəcəklər? Onların dar bir yerdə nəyisə bərpa etməsi olduqca çətindir. Xankəndində hazırda su ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Söhbət təkcə təxribatlardan getmir, həmçinin, bu ərazidə uzunmüddətli yaşamaq üçün düşündükləri layihədən gedir. Bu da, təbii ki, mümkün olmayacaq. Çünki bazar tələbatı elədir ki, uzun müddət makaronla, humanitar dəstəklə ayaqda qalmaq mümkün deyil. Burada təhsil məsələsi də var. Məktəbi bitirdin, harada təhsil alacaqsan? Yoxsul Ermənistanda təhsil almaq da onlara böyük bir perspektiv vəd etmir. Özlərinin də ali təhsil və başqa sistemləri tamamilə iflasa uğrayıb. Orta məktəblərin özündə də böyük problemlər yaşanılır. Ona görə bu məsələlərdə nə qədər təxribatçılıq olsa da, məğlubiyyətin simptomları artıq özünü göstərməkdədir. Söhbət psixoloji cəhətdən çökmüş bir xalqdan, cəmiyyətdən gedir. Biz bu təzyiqi onların üzərində davam etdirsək, erməni məsələsi özlüyündən çözüləcək".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1971   Tarix: 04 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası

"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan

6 noyabr
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

6 noyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir

Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı. Dövlət başçısının uğurl

2 noyabr
.

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

4 noyabr
.

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır

5 noyabr
.

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı

4 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr