"Azərbaycanda iki adama "ata" demişəm": Fəxrəddin Manafovdan etiraf - FOTO

"Azərbaycanda iki adama "ata" demişəm": Fəxrəddin Manafovdan etiraf - FOTOAzərbaycanın xalq artisti Fəxrəddin Manafov ilk dəfə etiraf edib ki, Azərbaycanda iki aktyoru özünə çox doğma bildiyi üçün onlara "ata" deyib.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Bakı Kitab Mərkəzində xalq artisti Rasim Balayevin pərəstişkarları ilə görüşü olub. Gecəyə tamaşaçılarla yanaşı ölkəmizin bir sıra tanınmış sənət adamları da qatılıb. Görüş zamanı çıxış edən xalq artisti Fəxrəddin Manafov deyib: "Tamaşaçılar qarşısında ilk dəfə etiraf edirəm ki, Azərbaycanda iki adama "ata" sözü ilə müraciət etmişəm. Onlardan biri mərhum aktyorumuz Fuad Poladov, digəri isə Rasim Balayevdir".

Manafov rejissor və kinoşünas Ayaz Salayevin onlarla bağlı vaxtilə planlaşdırdığı bir layihədən də bəhs edib.

"Rasim Balayev elə ucalıqdadır ki, ona sadəcə toxunmaq mümkün deyil. Ayaz Salayevin bir layihəsi vardı. O, istəyirdi ki, orada həm məni, həm Rasim Balayevi, həm də təəssüf ki, artıq həyatdan köçmüş Fuad Poladovu çəksin. Hətta ssenari də başa çatmışdı. Ola bilsin, Ayaz Salayev bu dəfə bizim ikimizi hansısa filmdə çəkmək barədə düşünəcək", - deyə Manafov bildirib.

Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev Sputnik Azərbaycan-a açıqlamasında Manafovun dediklərini şərh edib: "Belə bir ideyam var idi. Lakin böyük aktyorumuz Fuad Poladovun dünyasını dəyişməsi mənim bu planlarımı alt-üst elədi. Əslində, ortada heç ssenari də yox idi. Sadəcə, mənim belə bir arzum var idi ki, 3 böyük aktyoru bir filmə çəkim".

Ayaz Salayev onu da bildirib ki, gələcəkdə Rasim Balayevlə Fəxrəddin Manafovu birgə filmə çəkməyi çox istəyərdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2436   Tarix: 19 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021