"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA
BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var.
"Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudur və başında duran şəxs də gəncdir. Bu insan qeyri-adekvat addımlar atır. Düzdür, bu qurumun müsbət işləri də var, amma ictimai qınaq həmin müsbət işlərdən daha çoxdur. Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?! Fazil müəllim ən peşəkar millət vəkili və siyasətçidir. Bəli, bu insan çox vaxt müxalif fikirlərlə çıxış edir.
Mənim köməkçilərimin xüsusi proqramla apardıqları hesablamalara görə, sosial şəbəkələrdə BNA ilə bağlı 200 mindən çox şikayət mövcuddur. Mənim əlimin altında da BNA ilə bağlı yüzlərlə şikayət ərizəsi var. Bu qurumun başında duranlar öz işlərində dönüş yaratmalıdırlar, danışıq, davranış formalarını dəyişməlidirlər. Mən heç unutmuram: oranın sədri mənə zəng edib elə danışırdı ki, sanki mən onun işçisiyəm. Bizə söz deməyə ehtiyac yoxdur. Bizə inanmasınlar, sosial şəbəkələrə, ictimai qınaqlara baxsınlar. Bir dənə də müsbət fikir, razılıq yoxdur. Mən bütün komitə iclaslarında vuğulayıram ki, bu dövlət qurumunun dövlətlə, büdcə ilə ciddi problemləri var.
BNA ilə bağlı Hesablama Palatasına da rəsmi müraciət etmişəm. Hesabalama Palatasının sədri Vüqar bəyin rəsmi rəyi var ki, BNA-da 800 min manat mənimsəmə olub. Daha sonra bu məbləğ bərpa olunub. Bərpa olunubsa, deməli büdcədən kənarlaşdırılma olub.
BNA-dan bu qədər narazılıq, şikayət var. Onlar bu məsələləri həll etmək əvəzinə, deputatların üzərinə gəlirlər".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"