İcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTO

İcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTOŞəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda "Yeni Müsavat"ın ötən saylarında "Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır" sərlövhəli reportaj təqdim etmişdik.

Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Şəmkirdə hələ də vəziyyət dəyişməyib, üstəlik bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz rayon icra hakimiyyətinin 1 addımlığındakı "İstiqlal" parkında otlayırlar.

Dahi Üzeyir Hacıbəyovun, cümhuriyyəti şeirlərində quran şair Əhməd Cavadın heykəlləri önündə indi heyvanlar gəzir. Bu o vaxt baş verir ki, rayona "DOST" mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni həmin 550 nəfərdən "İstiqlal" parkına ayrılan işçisi qüvvəsi olmayıb?

Şəmkirdə inəklərin mərkəzi parkda "parad"ı rayonda pul yığımı xəbərlərinin dolaşdığı bir vaxta təsadüf edib. Belə xəbərlər var ki, Alimpaşa Məmmədov kənd icra nümayəndələrindən, bələdiyyə sədrlərindən pul yığdırır. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində "JEK" rəisi Teymur Hacıyevi "təmizə" çıxarmaq üçün toplanır.

Ümumilidə toplanan məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən "iş başında" yaxalanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, "JEK" rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 "ölü can"ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, "veşdok"la tutulub.

Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də vardı...

Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alimpaşa Məmmədov 200 min manata Teymur Hacıyevi "zibil"dən təmizləyə biləcəkmi?

Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna "DOST" mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə "DOST"dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. "İstiqlal" parkında inəklərin rahat şəkildə gəzib-dolaşması deyilənləri bir daha təsdiqləmiş olur.
İcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTOİcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTOİcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTOİcra Hakimiyyətinin yanında inəklər otlayır – "İstiqlal" parkında biabırçı mənzərə - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1228   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel