Ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?.. – Azərbaycanda QANLI CİNAYƏT

Ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?.. – Azərbaycanda QANLI CİNAYƏTGədəbəy rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fariz Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fariz Muxtarov Gədəbəy rayonunun Arıqdam kəndində 5 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində 2013-cü ildən rəsmi şəkildə nikahları pozulmuş 1988-ci il təvəllüdlü keçmiş arvadı Mətanət Muxtarova ilə mübahisə edib.

Mübahisəyə səbəb Mətanətin həmin gün ondan aliment tələbi ilə məhkəməyə müraciət etməsi olub.

Həmçinin ertəsi gün Fariz anası Mirvarinin evinin zirzəmisinə yığılmış Mətanətə məxsus iki kisə kartofu icazəsiz apararaq satıb.

Həmin gün Mətanət ondan Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə şikayət edib.

Mətanətin şikayətindən Farizin anası Mirvari əsəbiləşib. Bu səbəbdən eyni evdə yaşayan gəlin-qayınana mübahisə edib. Mübahisəyə Mirvarinin oğlu Asif də qoşulub.

Asif Mətanətin evdə səs-küy salması, Farizdən hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə sonuncuya telefon vasitəsi ilə məlumat verib.

Bundan əsəbiləşən Fariz Şəmkir şəhərindən Arıqdam kəndinə gəlib. Həmin vaxt Mətanətlə birgə nikahlarından doğulmuş oğlanları - Aqşin və Elşənin evdə yatdığını, Mətanətin özünün isə evdə olmadığını görüb.

Fariz stolun üstündəki bıçağı götürərək otaqdan çölə çıxıb. Əl arabası ilə kartof dolu kisələri qonşuları Bayrama məxsus tikilinin əl damına daşıyan Mətanəti görüb. O, əlində bıçaq Mətanətin arxasınca gəlib.

Farizi görən Mətanət qışqıraraq tikilinin həyətindən keçən yolla ağaclıq istiqamətində qaçıb. Fariz Mətanətin arxasınca düşərək onu tutmaq istəyib.

Mətanət qaçarkən ayağı həyətin dəmir darvazadan olan giriş qapısı ilə üzbəüz, dəmir borunun yanında daşlığa ilişərək yıxılıb. Mətanətin ardınca gələn Fariz onu tuta bilib.

Mətanət onu buraxması üçün yalvarıb. Amma Fariz yalvarışlara məhəl qoymayıb. O, qadından evdə olan kartofu daşımasının və ondan polisə şikayət etməsinin səbəbini soruşub.

Mətanət ona nə üçün alimenti ödəmədiyini deyib. Fariz pulu olmadığı üçün aliment ödəyə bilmədiyini söyləyib.

Daha sonra qəfildən bıçaqla arvadına bir zərbə vurub. Bıçaq xəsarəti alan Mətanət Farizin əlindən çıxıb və evin həyətində olan ağaclıq istiqamətində qaçıb, yenidən qışqıraraq kömək istəyib.

Mətanət cibindəki mobil telefonunu çıxararaq polisə zəng edəcəyini deyib.

Bu zaman Fariz yenidən Mətanətin arxasınca qaçıb. Həmin vaxt Mətanət cəld Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığaraq, ərinin onu öldürəcəyini söyləyib. Arvadına çatan Fariz bıçağı onun boğazına çəkib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fariz Muxtarov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrlik etdiyi kollegiyada baxılıb. Fariz Muxtarov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun Gədəbəy rayon Məhkəməsi tərəfindən təyin olunan cəza bu hökmlə birləşdirilib. Bu səbəbdən əlavə olaraq 3 min manat cərimə də olunub.

Fariz Muxtarovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm edilib.

Fariz Muxtarov apelyasiya şikayəti verib. O, himayəsində iki azyaşlı övladının olmasını göstərib, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Şikayət Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb və sonda şikayət təmin edilməyib.

Fariz Muxtarov kasasiya şikayəti də verib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin araşdırması başlanıb. Araşdırma aparılan zaman iclasda iştirak edən məhkum hakimə ərizə ilə müraciət edib və kasasiya şikayətini geri götürdüyünü deyib. Hakim heyəti onun ərizəsini təmin edib. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2092   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021