Azərbaycanda İNANILMAZ OLAY! Evdən qaçan uşaq Xoşqədəmin verilişində: Ailəsi axtarılır

Azərbaycanda İNANILMAZ OLAY! Evdən qaçan uşaq Xoşqədəmin verilişində: Ailəsi axtarılırXəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Cəlilabad rayonundan itgin düşən uşağın tapıldığını elan edib.

Sonxeber.az xəbər verir ki, uşağı "Səni axtarıram"ın studiyasına Pirşağa sakini gətirib.

Onun sözlərinə görə, uşağı Sabunçu bazarında görüb:

"Mən uşağı Sabunçu bazarında gördüm. Uşaq orda bir kişiyə yaxınlaşıb onun evində gecələmək istədiyini xahiş etdi. Bu mənzərəni görüb mən yaxınlaşıb uşağa sahib çıxdım. Uşaq bu günə qədər mənə heç bir məlumat verməyib. Ona görə uşağı götürüb bura gətirdim".

Aparıcı uşağı studiyaya çıxardaraq müraciət edib: "Bu uşağı tanıyanlar bizə müraciət etsin".

Gülnarə Eynullaqızı

Sosial   Baxılıb: 1377   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR