"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT
"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələrin qəbulunun əsasında Azərbaycanofob, türkfob və islamofob siyasət dayanır:
"Avropa parlamentarilər üçün insan haqları, demokratiya və digər hüquqlar maraqlı deyil. Onlar bu hüquqları sadəcə Azərbaycana və digər müsəlman ölkələrinə təzyiq vasitəsi kimi istifadə edirlər. Əgər insan haqları və demokratiya, vətəndaş cəmiyyətinin hüquqları ilə bağlı Avropa Parlamenti narahat olsaydı ədalətli mövqe sərgiləsəydi, onlar bunu Fransada müsəlman uşaqların məktəblərə buraxılmaması, açıq aksiya keçirənlərə qarşı şiddətin işlədilməsi və insanları həbslərə məruz saxlamalırı ilə bağlı səslərini çıxardardılar. Və yaxudda Ermənistanda jurnalistləri, müxalifətçiləri həbs olunmasına görə də reaksiya verərdilər. Onlar üçün bu gün Azərbaycan maraqlıdır.. Çünki, bir neçə aydan sonra Avropa Parlamenti seçkilərə gedəcək. Parlamentarilər erməni daspoarnın sifarişlərini icra etməklə qarşıdan gələn seçkilərdə yenidən mandat qazanmaq istəyirlər. Ona görə də Azərbaycana təzyiq gpstərilməsi üçün siyasi məhbus, vətəndaş cəmiyyətin hüquqları məsələsini ortaya atıb Avropa İttifaqından ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasını tələb edirlər. Azərbaycanda törətdikləri cinayətlərinə görə həbs olunanlara siyasi məhbus donunun geynidrməsi və ondan ölkəmizə təzyiq kimi istifadə olunması riyakarlıq və düşmənçilkdir. Təbii ki, qəbul olunmuş bu qətnamə də ondan əvvəl qəbul olunmuş qətnamələr kimi bizim üçün dəyərsiz bir kağız parçasından başqa bir şey deyil".
Deputat vurğulayıb ki, Avropa Parlamentinin bu hərəkətləri sadəcə ölkəmizin daxili işlərinə qarışmasına cəhd kimi qiymətləndirirəm:
"Hamı bilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır. Avropa İttifaqının rəhbərliyi də bu məsələləri lap yaxşı bilir. Həm də Avropa Parlamenti nə qədər qışqırsa da Avropa İttifaqının enerji təhlükəsizliyi Azərbaycandan asıllıdır. Bu gün Azərbaycan həm də Orta dəhliz layihəsinin əsas həlqəsidir. Bu baxımdan Azərabyacan bu gün Avroasiayada iqtisadi əlaqələrin qurulmasının lokomotividir. Ona görə də Avropa İttifaqı Avropa Parlamentinin qətnamsəsini ciddiyə almır. Həm də bir neçə aydan sonra Avropa Parlamentinin və Avropa İttifaqının rəhbərliyinin tərkibləri yenidən formalaşacaqdır. Yenidən formalaşacaq tərkiblər isə Azərbaycana qarşı münasibətlərini dəyişəcərək ədalətli mövqedən çıxış edəcəklərini hesab edirəm. Çünki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəz nümayiş etdirməsi Avropa İttifaqı üçün xeyir gətirmir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər