Müəllim məsuliyyətsizliyi ucbatından şagird şikəst oldu

Müəllim məsuliyyətsizliyi ucbatından şagird şikəst olduŞamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov müəllim məsuliyyətsizliyindən şikayətini bildirib.

Sonxeber.az-ın musavat.com-a istinadən məlumatına görə, o qeyd edib ki, müəllim məsuliyyətsizliyi ucbatından 8-ci sinif şagirdi olan oğlu Ruzi Həmidovu maşın vurub, nəticədə 18 gündür ki, koma vəziyyətindədir:

"May ayının 2-də İ. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Şamaxı şəhərinin mərkəzində tədbir keçirilib. Oğlumun təhsil aldığı A.Alxanov adına məktəbin müəllim və şagirdləri bu tədbirdə iştirak edib. Sinif müəllimləri Aysel Ağaməmmədova və Sədaqət Cəmiyeva oğlum da daxil olmaqla 8-ci sinif şagirdlərini həmin tədbirə aparıb.

Qeyd edim ki, Şamaxı şəhəri bizim qəsəbədən 7 km-dən çox uzaq məsafədə yerləşir. Şəhərin mərkəzinə getmək üçün hər bir şagirddən 1,5 manat pul da yığılıb ki, avtobusla gedib-gəlsinlər".

Zakir Həmidovun sözlərinə görə, tədbir bitdikdən sonra müəllim Aysel Ağaməmmədova şagirdləri təkbaşına buraxaraq, öz yaxınlarının minik maşını ilə qəsəbəyə geri dönüb. 7 şagird isə təhlükəli şose yolla piyada yola düşüb. Bu zaman idarəetməni itirən hansısa minik maşını uşaqların üzərinə doğru irəliləyib:

"Şagirdlərin 6-sı tez qaçaraq canlarını qurtara bilib. Maşın ağır zərblə 14 yaşlı oğlumu vurub. Nəticədə oğlum ağır kəllə-beyin travması alıb. Vəziyyəti ağır olduğundan onu təcil Bakıya Neyrocərrahiyyə Xəstəxanasına çatdırdıq. Təsəvvür edin ki, mayın 2-dən bu günə qədər oğlum koma vəziyyətindədir.

Həkimlər hələ ki, onun səhhəti ilə bağlı dəqiq bir söz deyə bilmirlər. Böyük ümidlə onun bu vəziyyətdən çıxmağını gözləyirik. Bundan sonra oğlumuzun sağlamlığının nə yerdə olacağını təsəvvür belə edə bilmirik. Bu uşaq ağır kəllə-beyin travması keçirib. Onun gələcəyi necə olacaq?" deyə ata fəryad edir.

Zakir Həmidov bildirir ki, baş verən hadisə ilə bağlı adı çəkilən müəllim öz şagirdinin vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayıb:

"Biz uşaqlarımızı məktəbə oxumağa göndərəndə onları müəllimlərə, məktəbə əmanət edirik, bu zaman öhdəlik onların boynunda olur. Amma indi mənim oğlum bir müəllimin məsuliyyətsizliyi ucbatından ölümlə əlləşir, yarıcan vəziyyətindədir. 18 gündür ki, xəstəxananın önündə yatırıq. Biz sadə, kasıb, gündəlik çörək pulu qazanan adamlarıq. Uşağımızın başına gələn bu dəhşətli olayla bağlı bilmirik kimə şikayət edək, başımıza nə çarə qılaq".

Fəryad edən ata 14 yaşlı şagird oğlunun başına gələn hadisə ilə bağlı aidiyyəti orqanlardan xahiş edərək, bu məsələdə günahkar olan şəxslərin cəzalandırılmasını istəyib.

Məsələ ilə bağlı adı çəkilən məktəbin direktoru Gülnurə Babaşova ilə əlaqə saxladıq. Direktor "mənə bir neçə dəqiqəlik vaxt verin, danışacağam" desə də, sonradan zənglərimizə onun katibəsi cavab verərək bildirdi ki, direktor kənarda olduğundan özü cavab verə bilmir.

Təhsil Nazirliyindən isə bildirildi ki, hadisənin bütün təfərrüatları araşdırılıb, məsələyə tezliklə aydınlıq gətiriləcək.

müəllimŞamaxıvəziyyətindədirgündürməktəbəolduğundanşagirdləribaşınamaşınıağaməmmədovaməktəbintravmasıbilmirikçəkilənhəmidovməsuliyyətsizliyiucbatındanxəstəxananınyarıcanəlləşirmüəlliminölümləönündəgündəliktəsəvvür


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3166   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021