Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandırBakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub, yerli sakinlər mehriban və ünsiyyətcildirlər.

Bu barədə erməni əsilli rusiyalı gimnastlar Qarsevan və Duxik Canazyan İTV telekanalına açıqlamasında danışıb.

Onlar Avropa çempinatında rahat şəraitin və idman atmosferinin olduğunu xatırladıb.

"Bizi hər şey qane etdi", - deyə Qarsevan Canazyan bildirib.

Öz növbəsində, Duxik Canazyan, Bakının gözəl şəhər olduğunu qeyd edib. O, xüsusilə, müasir Bakı ilə paytaxtın qədim hissəsi olan İçərişəhər arasındakı kontrasta valeh olub.

"Sanki başqa bir əsrə düşmüsən", - deyə gimnast təəsüratlarını bölüşüb.

Yerli sakinlərə gəlincə, gimnastların fikrinə görə, Bakı sakinləri ünsiyyətcil, gülərüz, mehriban və xeyirxahdırlar.

"İdman idmandır. Siyasət isə siyasət", - deyə Duxik Canazyan əlavə edib.

Canazyan bacı-qardaşının bəyanatı Azərbaycanın "İdmanda siyasətə yer yoxdur" prinsipinə hər zaman əməl etdiyini bir daha sübuta yetirir. Bakıda keçirilən beynəlxalq yarışlarda iştirak etməyi arzulayan istənilən erməni idmançıya təhlükəsizliklə bağlı zəmanət verilir. Bu, həmçinin, təhlükəsizliyi bəhanə edərək Avropa Liqasının Bakı finalında iştirak etməmək qərarına gələn Henrix Mxitaryana tutarlı cavab sayıla bilər


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1187   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI

"Qalatasaray"ın baş katibi Eray Yazqan, ayrılacağı ilə bağlı şayiələrin mövzusu olan Mauro İkardi üçün qəti bir açıqlama verib. -ın Türkiyə KİV-nə istnadla xəbərinə görə, Yazqan İkardinin "Qalatasaray"ın kapitanı və əvəzolunmaz oyunçusu olduğunu və argentinalı hücumçunun "sarı-qırmızılı"

17 dekabr
.

"Qarabağ"a 10 minlik cərimə

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna gör

19 dekabr
.

30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı: Messi və Ronaldu yoxdur

Nüfuzlu "Transfermarkt" portalı dünyanın 30 yaşdan yuxarı ən bahalı 10 oyunçusunun yenilənmiş reytinqini açıqlayıb. -ın xəbərinə görə, siyahıya 65 milyon avro dəyərində qiymətləndirilən "Bayern Münhen"in 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir. İkinci yerdə onun 30 yaşl

20 dekabr
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13 dekabr
.

FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub

FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. "Report" "Arriyaditah" nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transfer

20 dekabr
.

"Barselona"nın üzvü ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb

"Barselona"nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, La Liqanın XVI turunda "Osasuna"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb. 3

14 dekabr
.

"Ayaks"dan oyun öncəsi Bakı paylaşımı - Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ"ın qonağı olan "Ayaks"ın instaqram səhifəsi Bakıdan paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, səhifədə paytaxtın müxtəlif küçələrindən görüntülər paylaşılıb:. Həmin görüntüləri təqdim edirik:

10 dekabr
.

17 illik sevgilisi ilə evlənir

Keçmiş ikiqat Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor uzun müddətdir sevgili olduğu Di Devlinlə evlənir. Qaynarinfo bu barədə "The Irish Independent"ə istinadən xəbər verir. Mərasim Vatikan ərazisində, Müqəddəs Pyotr Bazilikasının yanında yerləşən Santo Stefano degli Abiçin

12 dekabr
.

Robert Levandovskinin "Osasuna" ilə matçda meydana çıxmamasının səbəbi müəyyənləşib

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin La Liqanın XVI turunda "Osasuna" ilə (2:0) oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib. "Report" "Catalunya Radio"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu budunun arxasındakı problemlə

14 dekabr