"Qarabağdan 100 maşına yaxın hərbçi gəldi, şəxsən mən özüm onları müşayiət etdim..."

"Qarabağdan 100 maşına yaxın hərbçi gəldi, şəxsən mən özüm onları müşayiət etdim..."Ermənistanın Dövlət Nəzarət Xidmətinin başçısının müşaviri, 2008-ci ildə Gorusdakı hərbi polis qarnizonuna rəhbərlik edən Aşot Vanyan 1 mart hadisələri zamanı Xankəndindən Yerevana yeridilən qoşunları şəxsən müşaiyət etdiyini deyir.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Vanyan bu haqda "Azadlıq" radiosunun erməni xidmətinə danışıb.
"2008-ci il martın 1-i idi, saat haradasa 17.00, mənim yadımda deyil, göstəriş gəldi, yoxsa zəng vurdular, yaxud şifahi göstəriş verdilər. Dedilər ki, Yerevana gedən qoşunları müşaiyət edək, digər hissələrin isə Gorusda təhlükəsiz hərəkətini təmin edək. Konkret Qarabağdan-dəqiq rəqəmləri xatırlamıram,-amma deyə bilərəm ki, martın 1-də saat 17.00-dan sonra Gorus qarnizonu üzərindən Qarabağın müdafiə ordusunun hərbçilərini daşıyan haradasa 50-100 yük maşını keçdi. Gorus qarnizonu üzərindən Yerevana yollandılar. Elan edildi ki, qoşunlar gəlməyib, amma şəxsən mən özüm qoşunların Yerevana təhlükəsiz hərəkətini təmin etmişəm"-Vanyan deyib.

Keçmiş hərbçi onu da bildirib ki, Qarabağdan göndərilən həbçilər gecəni Gorusdakı hərbi hissədə keçiriblər. Bundan əlavə hərbçiləri Yerevana daşıyan maşınların bir neçəsində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olub. Hansı ki, bu haqda 1 mart hadisələrinə dair keçmiş prezident Robert Köçəryana və digərlərinə qarşı irəli sürülmüş ittihamda danışılır.
"Biz belə informasiya aldıq ki, Gorusdakı hərbi hissənin maşınlarından dövlət nömrə nişanlarını çıxarıb Qarabağa apardılar və həmin maşınlar artıq Müdafiə Nazirliyinin nömrə nişanları ilə geri qayıtdılar. Ola bilsin başqa dövlət nömrə nişanları da var idi, amma həmin nömrələrlə maşınların olması dəqiqdir"-Vanyan bildirib.
"Qarabağdan 100 maşına yaxın hərbçi gəldi, şəxsən mən özüm onları müşayiət etdim..."
Xatırladaq ki, Robert Köçəryan özü məhkəmədə ifadəsində Dağlıq Qarabağdan Yerevana etirazları yatırmaq üçün qoşunların gətirilməsini inkar edib. "Qarabağ ordusundan bir nəfər də olsun gətirilməmişdi. Bir nəfər də olsun. Sonra izah edərəm söhbət nədən gedir"-o bildirib.
İttiham aktına əsasən isə martın 1-də Levon Ter-Petrosyanın tərəfdarlarına qarşı tətbiq olunmaq üçün Yerevana Qarabağdan minə yaxın hərbçi və zabitlərdən ibarət ayrıca batalyon Yerevana aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1720   Tarix: 27 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

8 noyabr