Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb.
Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək və hazırlıq işləri artıq geniş vüsət alıb.
Qonşu Uttar-Pradeş ştatından gələn ustalar mərasim üçün nəhəng çadırlar və xüsusi meydança inşa edirlər. Gəlin və bəy üçün təxminən 30 metr uzunluğunda səhnə hazırlanır. Səhnənin bəzədilməsi üçün 15 ton dekorasiya materialından istifadə olunacağı bildirilir. Xüsusi qonaqlar üçün ayrıca çadır da qurulacaq.
Anant Sinqh Hindistandan, hətta Pakistandan olan bütün arzu edənləri toya dəvət etdiyini bildirib. Qonaqlar arasında onlarla incəsənət nümayəndəsi və siyasətçinin olacağı gözlənilir. Hindistanın Baş naziri Narendra Modiyə də dəvət göndəriləcəyi bildirilir. Onun mərasimdə iştirak edib-etməyəcəyi isə hələ məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 763 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb
Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib. Fransanın xarici işlər nazir
10 noyabrİranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
8 noyabrİranın 38 körpüsünü bir saata dağıda bilərik - Tramp
Biz onların (İran - red.) işini bitirə bilərdik. Hədəfimizdə 38 körpü var və biz onları sözün əsl mənasında bir saatın içində dağıda bilərik. Hamısı yerlə-yeksan olar. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib. "İranın infrastrukturunu məhv etmək niyyətində deyilik
9 noyabrMilyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
8 noyabrİraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
8 noyabrMerts G20 sammitində Putinlə danışacaqmı? - Özündən açıqlama
Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Bizim.Media xəbər verir ki, Merts bu barəd
9 noyabrŞahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
8 noyabrİflic xəstələrinin yenidən yeriməsinə kömək edəcək çiplər hazırlanır
"SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, rəhbərlik etdiyi "Neuralink" şirkətinin texnologiyaları yaxın illərdə iflic xəstələrinə yenidən yerimək və qollarından istifadə etmək imkanı verəcək. xəbər verir ki, iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabınd
8 noyabr