Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı?

Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı?Son bir ildə paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Lakin statistika göstərir ki, bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir.

Cəmiyyəti silkələyən olay isə üç yaşlı zəhranın qaçırılması oldu.

Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu, kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir.

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar var, heç vaxt tapılmayanlar var...

Bəs valideynlər nə etməlidirlər? İctimai yerlərdə uşaqlara qarşı diqqətsiz yanaşan valideynlər barəsində hansı tədbirlər görülməlidir?

Sonxeber.az bildirir ki, mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, son 10 ildə ölkədə uşaq oğurluğu faktına rast gəlinməsə də, hazırda belə hadisələr baş alıb gedir:

"Uşaqların kimlər tərəfindənsə, xüsusilə də qaraçılar tərəfindən qaçırılması halları çoxalıb. Mən hər dəfə deyirəm ki, bu roman tayfaları (qaraçıları nəzərdə tutur - red.) ilə mübarizə aparılmalıdır. Onların birlikləri tapılmalı və qarşısı alınmalıdır.

Valideynlər daim uşaqlarını diqqətdə saxlamalıdırlar. Ən çox da xüsusi qayğıya ehtiyac duyan uşaqları. Bir müddət əvvəl bir qadın televiziya verilişlərindən birinə çıxmışdı. Uşağı oğurlanmışdı. Eyni situasiya idi. Həmin uşaq olduqca zəif, bir qədər əqli cəhətdən problemli idi. Onu hədə-qorxu altında saxlamışdılar.

Üç yaşlı Zəhranın oğurlanması həmin hadisəni xatırlatdı. Zəhra rahat danışa bilmir. O həmin an və ya başqa təhlükə ilə qarşı-qarşıya qalsa, kömək istəyə bilməzdi.

Ailələr belə laqeyd yanaşmalar səbəbindən uşaqlarını həmişəlik itirə bilər. Zəhra tapıldı və ailəsinə təhvil verildi. Bəs tapılmasaydı?! Uşağın başına bir hadisə gəlsəydi?! Bir ömür peşmanlıq".

K.Ağazadənin sözlərinə görə, problem valideynlərin uşaqlara qarşı tərbiyəvi deyil, hədə-qorxu ilə yanaşmasından irəli gəlir:

"Valideyn uşağını qorxudur, "ora getmə", "bununla danışma", "səni döyərəm" kimi ifadələr işlədir. Belə təzyiqlər olmamalıdır. Onları sakit dildə başa salmaq lazımdır ki, yad insanlarla danışmaq olmaz. Tanımadığın insanlar sənə nəsə təklif etsə, götürmə, yemə, dərhal anaya-ataya deyilməlidir.

İndi bəzi valideynlər deyəcək ki, iş-güc ucbatından daim uşağa nəzarət edə bilmirik. Amma bu, həmin diqqətsizlik ucbatından yaşanan hadisəyə bəraət qazandıra bilməz. Körpələr bəzən böyüklərin kiçik bir səhvlərinin cəzasını ömür boyu çəkirlər. Belə olmaz".

K.Ağazadə vurğulayıb ki, xüsusi qayğıya ehtiyac olan uşaqlar ümumiyyətlə nəzarətsiz qalmamalıdır:

"Valideyn məsuliyyətinin artırılması üçün işlər aparılmalıdır. Ehtiyatsızlıq səbəbindən onlarla uşaq bu gün yanıq şöbələrində yatır.

Valideyn diqqəti tək anaların çiyninə yüklənməməlidir. Burada atanın, nənənin, babanın ailənin digər üzvlərinin də məsuliyyəti var. Bu halların qarşısını almaq üçün valideynlərə də cəza verilməli deyil ki?! Övladlarına qarşı qeyri-şərtsiz diqqətli olmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 914   Tarix: 07 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr