Azərbaycanda qadın ərini gizli sevgisinə qurban etdi - DƏHŞƏTLİ FAKTLAR

Azərbaycanda qadın ərini gizli sevgisinə qurban etdi - DƏHŞƏTLİ FAKTLARKeçən ilin iyununda Lerik rayonunda bir qrup şəxs tərəfindən törədilmiş qətllə bağlı həbs edilən şəxslərdən biri Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az-ın News24.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə ittiham edilərək barəsində azadlıqdan məhrumetmə cəzası verilən Əliyev Vəfalı Elsevər oğlu Ali Məhkəmədən onun işinə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, dəhşətli hadisə cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində baş verib. Meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin "UAZ-469B" markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Məlum olub ki, M. Ağayevin həyat yoldaşı Nailə Ağayeva ilə münasibətləri gərgin olub. Əri tərəfindən döyülməsini qəbul edə bilməyən N. Ağayeva bu barədə dostu Aqil Baxşıyevə məlumat verib. Dostuna ərini öldürmək istədiyini deyən N.Ağayeva ondan bunu həyata keçirməkdə yardım istəyib. A.Baxşıyev qohumu Vəfalı Əliyevlə birgə M. Ağayevi meşəyə aparıb orda öldürüblər. Daha sonra onun meyitini yol kənarına idarə etdiyi avtomobilin yanına ataraq qaçıblar. Hər kəs onun yol qəzası nəticəsində öldüyünü ehtimal edib.

İstintaqla M.Ağayevin qəsdən öldürüldüyü müəyyən edildikdən sonra faktla bağlı başlanmış cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Cinayətdə adı keçən mərhumun arvadı Nailə Ağayeva, arvadının dostu Aqil Baxşıyev və Vəfalı Əliyev şübhəli şəxs qismində tutulublar.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1299   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib. İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannux

12 dekabr
.

Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi

3 dekabr
.

Dəhşətli qəzada ölən 22 yaşlı Ələsgərin - Fotosu

Noyabrın 29-na keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, hadisə şahidləri qəzanı törədən "VAZ 2107" markalı avtomobilin saatda 150-160 kilometr sürətlə hərəkət etdiyini bildiriblər

1 dekabr
.

Gənc qadın silahlı hücum nəticəsində həyatından oldu

Diyarbakırın Yenişehir rayonuna bağlı Şəhidlik məhəlləsinin 50-ci küçəsində dəhşətli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, İlayda Alkaş (22) bir dostunun ad günü mərasimindən sonra ailəsi ilə birlikdə evinə gedərkən, dini nikahla birlikdə yaşadığı və bir müddət əvvəl ayrıldığı Cema

16 dekabr
.

"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video

Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu

1 dekabr
.

Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar

Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar. xəbər verir ki, Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər. Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədə

10 dekabr
.

4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət yetirdi

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanay

17 dekabr
.

Naxçıvanda uşaq oğrusu peyda olub? - RƏSMİ AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda "uşaq oğrusunun peyda olması" ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. -a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yaya

8 dekabr
.

DTX-dən ƏMƏLİYYAT: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər TUTULDULAR

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanılıblar. xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmə

10 dekabr