Flora Kərimova yıxılmasın deyə saatlarla evdə gəzirmiş

Flora Kərimova yıxılmasın deyə saatlarla evdə gəzirmişXalq artisti Flora Kərimova barədə maraqlı fakt ortaya çıxıb.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, efirlərə əsasən, dikdaban ayaqqabıda çıxan 77 yaşlı sənətçi müvazinətini və yerişini itirməmək üçün hər dəfə evdə məşq edir.

Belə ki, Kərimova bağ evində mütəmadi olaraq dikdaban ayaqqabı geyinir və həyətdə gəzir. Onun bu gəzintisi gün ərzində bəzən iki-üç saat vaxtını alır.

Qeyd edək ki, müğənni bundan yorulmur və yaxın ətrafına səhnə, tamaşaçılar üçün bu addımı atdığını deyir.

Şou-biznes   Baxılıb: 660   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR