Nazirlik meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

Nazirlik meşə yanğınlarına görə növbətçilik rejiminə keçdiMeşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub.

Bunu ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Onun sözlərinə görə, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir:

"Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazilrliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır".

A.Qaraşov bildirib ki, meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılmalıdır.

2019-cu ildə meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kub metr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb.

İlk növbədə oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir.

Rayon İcra Hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun verilir:"Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud təlabatın çox cuzi bir hissəsini təşkil edir. Ümumiyyətlə meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın".

A.Qaraşov bunu da deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləməsi keçiriləcək.

Milli Meşə Proqramının hazırlanmasında məqsəd meşə təsərrüfatlarının idarə edilməsi, hökumətin meşə siyasətini sürətli struktur dəyişiklikləri ilə reallaşdırmaq, institutsional və hüquqi bazanın inkişafı üçün təhlillər aparmaq və meşələrdən əhalinin davamlı istifadəsi üçün şərait yaratmaqdır. Milli Meşə Proqramı 2020-2025-ci illəri əhatə edəcək. (trend)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 724   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO

Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur. xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur. Bə

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel