"Cahid Şahbazov yalan vəd verib, məni əməliyyata saldı" - Məşhur oftalmoloqdan ŞİKAYƏT

"Cahid Şahbazov yalan vəd verib, məni əməliyyata saldı" - Məşhur oftalmoloqdan ŞİKAYƏTAzərbaycanda daha bir pasiyent həkimdən narazıdır, ondan Səhiyyə Nazirliyinə şikayət edib, səhv əməliyyat olunduğunu iddia edir.

Sonxeber.az medicina.az-a istinadən həmin pasiyentin başına gələnləri təqdim edir:

27 yaşlı Vüsal Əliyev 2017-ci ildə ağac budağını balta ilə qıran zaman gözündən zədələnib.
Sağ gözü tamam tutulan gənc təcili Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə aparılıb. Orada 10 gün müayinə və müalicələrin nəticəsində görməsi 0-dan qalxaraq, 15-20% olub. Bundan sonra həkimlər əməliyyat lazım olduğunu bildiriblər. O isə dövlət klinikasını yox, özəl klinikalardan birini, daha doğrusu, həmin ərəfədə efirlərdə tez-tez görünən gənc oftalmoloq həkim Cahid Şahbazovu seçir.

Vüsal Əliyevin sözlərinə görə, gözünün 50% düzələciyini də elə Cahid Şahbazov ona vəd edib:

"Oksigen klinikasında Cahid Şahbazov məni müayinə etdi, dedi əməliyyat olmalısan, görmən indi 10%-dir, getdikcə də azala bilər, amma əməliyyatdan sonra 50-60% görəcəksən. Mən bundan çox sevindim.
Əməliyyat üçün 1050 manat pul dedilər, elə səhəri gün getdim. Pulu klinikada qızlara ödəsəm də, heç bir çek verilmədi.
Kataraktadan əməliyyat olundum, linza da qoyuldu. Amma əməliyyatdan aylar keçdikcə, görməmdə heç bir irəliləyiş olmadı.

5-6 dəfə Cahidin yanına getdim, baxdı, dedi düzələcək. Hər dəfə də dərman siyahısına əl gəzdirirdi.

Sonra o, klinikanı dəyişib, Caspian hospitala keçdi. Mən ora gedəndə ki, bir də müayinə etsin, köməkçiləri dedi ki, yeni klinikada olduğumuz üçün 50 manat ödəniş edin sonra baxsın.

Mənsə heç bir ödəniş etməyəcəyimi dedim. Məni əsəbiləşdirdilər, heç cür qəbul etmədilər. Dedim, C. Şahbazova çatdırın ki, ondan məhkəməyə, nazirliyə şikayət edəcəm. Yalnız ondan sonra həkim məni qəbul etdi.

Mən orda dedim ki, həkim, mənim görməm 20%dən də aşağı düşdü, gözüm düzəlmir, məni yalandan müayinə edib, yalan vədlər verməyin. Dedi, problem səndədir, mənlik bir şey yoxdur, gözün qidalanmır. Dedim əgər gözüm qidalanmırsa, bu biri gözüm niyə 100% görür. Əvvəl də bu gözüm 100% görürdü.
Bunu eşidəndə əməliyyata verdiyim pulu geri qaytarmalarını tələb etdim ki, mənim hələ bu gözümə çox xərcim çıxacaq. Boşuna əməliyyat olmuşam. Həkim dedi pul qaytarılmayacaq, sənə 5 dəqiqə vaxtım gedib, əməliyyat etmişəm".

Başına gələnlərlə bağlı Səhiyyə Nazirliyinə şikayət məktubu yazan xəstəyə bildiriblər ki, nazirlik özəl klinikalara qarışmır, özəl həkimlərdən şikayətlərə baxmır.

Mənim gözümü kor edib, pulumu alıb, məhkəmə ilə hədələyir

"Belə çıxır ki, Cahid Şahbazovn nə istəsə edə bilər? Bu həkimi o qədər reklam etdilər ki, camaatı inandırdılar. Yalandan verilişlərə çıxırlar, özlərini tərifləyirlər, amma realda insanları pis günə qoyurlar.
Mənə deyir get bu gözünlə barış. Bu insan mənim gözümü, başımı MRT etmədən əməliyyat edib.

Çox özəl həkimlərdə, Z. Əliyeva adına xəstəxanada oldum, həkimlər deyir ki, görmən 10%dir,əməliyyat uğurlu olmayıb, gözünü pis günə qoyub.
Bəlkə heç əməliyyat lazım deyildi, müalicəylə düzələrdi. Bəlkə başqa həkim yaxşı əməliyyat edəcəkdi. Bu gözümü daha ikinci dəfə əməliyyat etmək olmaz.
Mən Cahid Şahbazovu məhkəməyə vermək istəyirəm, vəkillərlə danışmışam. Mənə deyir, mənim 2-3 vəkilim var, güclü, mən səni məhkəməyə verərəm. Mənim gözümü kor edib, 3-5 dəqiqəyə 1050 manat pul alıb, hələ bir məni məhkəməyə verir.

İstərdim, yaşadıqlarımı işıqlandırasız ki, insanlar belə həkimlərə müraciət etməzdən əvvəl düşünsünlər, hər vədə inanmasınlar. Bu gənc yaşımda gözümü şikəst etdilər".

Cahid Şahbazovun köməkçisi Aynur adlı xanım Medicina.az-a bildirib ki, xəstənin görməməsində həkimin günahı olmayıb:

"O xəstəyə gözünün vəziyyəti ilə də bağlı epikriz vermişik. Cahid doktor tərəfindən əməliyyatda qüsur, səhv yoxdur. Zədədən onun görmə mərkəzində çapıq var deyə, görmə faizi artmır. Amma həkim tərəfindən əməliyyat normal aparılıb. Hara istəyir şikayət edə bilər".

"Bəs özəl klinikalarda həkimlər tərəfindən belə uğursuz nəticələr zamanı pasiyentin tələbi ilə ödədiyi məbləğ geri qaytarıla bilərmi" sualına həkim köməkçisi belə cavab verib: "Həkim xəstədən pul almır. Bu, klinikanın əməliyyat qiymətidir. Xəstə gəlib mühasibatlıqla danışa bilər. Amma həkim səhvi olmadığı üçün məbləğin qaytarılacağı real görünmür".

Pasiyentin təqdim etdiyi sənədlər:
"Cahid Şahbazov yalan vəd verib, məni əməliyyata saldı" - Məşhur oftalmoloqdan ŞİKAYƏT"Cahid Şahbazov yalan vəd verib, məni əməliyyata saldı" - Məşhur oftalmoloqdan ŞİKAYƏT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2514   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021