Bakıda seks manyakı olan qadınla bağlı YENİ XƏBƏR - Öz qızının videosunu çəkib...

Bakıda seks manyakı olan qadınla bağlı YENİ XƏBƏR - Öz qızının videosunu çəkib...Bakıda övladına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş qadın Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az news24.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Şəxsiyyətin 150.3.3-cü, yəni seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham edilmiş Bayramova Ziyafət Məzahir qızı işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Z.Bayramova 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilib.

Belə ki, 2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib: "Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi. Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda münasibət yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam. Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi əlaqədə olma qabiliyyətimi itirdim. Bununla bağlı çox həkimə getsəm də, xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir, ayrılmaq istəmirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib (Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik məqamları nəzərə alaraq, açıq yazmırıq): "Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa kişilərlə cinsi münasibətdə olduğunu da deyib". İsaməddin Hacatov bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: "Məndən əl çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir) videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə həmin görüntünü mənə göndərdiyini soruşanda, mənim üçün hər şeydən, hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib. Canı telefonu məndən danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib".

Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb: "Bu görüntülər bütün kənddə yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı məndə impotensiya olduğunu deməyə utandım". Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib: "Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çöldə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".

Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: "Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtidir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım".

Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: "Dəfələrlə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər".

Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ilə ittiham verilib. İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3707   Tarix: 14 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021