Ən böyük təyyarə "qəbiristanlığı": 4000 min hava gəmisi, 34 milyard dollar...
ABŞ-ın Arizona ştatında yerləşən Davis-Monthan aviabazası dünyanın ən böyük istismardan çıxarılmış hərbi təyyarə "qəbiristanlığı" hesab olunur. Burada hələ də minlərlə köhnə hərbi təyyarə saxlanılır, onların təxminən 1000-i II Dünya müharibəsi və Vyetnam müharibəsi dövrlərinə aiddir.
Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" nəşrinin məlumatına görə, bu ərazi təxminən 10 kvadrat kilometr sahəni əhatə edir və burada ümumi dəyəri 34 milyard dollara yaxın olan təxminən 4000 təyyarə və aviasiya hissəsi mövcuddur.
Bütün "qəbiristanlıq" görüntüsünə baxmayaraq, baza aktiv şəkildə fəaliyyət göstərir. Burada təxminən 800 əməkdaş çalışır və onların arasında həm hərbi, həm də mülki mütəxəssislər var.
Onların işi təkcə köhnə təyyarələrin saxlanması ilə məhdudlaşmır. Burada həmçinin təmir, bərpa və texniki xidmət həyata keçirilir. Bir çox istismardan çıxarılan təyyarə isə ehtiyat hissələri üçün sökülür və ABŞ hərbi aviasiyasının mövcud parkının saxlanmasına yönəldilir.
Beləliklə, baza faktiki olaraq ABŞ ordusu üçün nəhəng aviasiya ehtiyat və bərpa mərkəzi kimi fəaliyyət göstərir.
Məlumatlara görə, istismardan çıxarılan təyyarələrdən alınan ehtiyat hissələri ABŞ ordusuna ildə təxminən 500 milyon dollar qənaət etməyə imkan verir. Obyektə 309-cu Aerokosmik texniki xidmət və regenerasiya qrupu rəhbərlik edir. Bu bölmə avadanlığın konservasiyası, təmiri və bərpasına cavabdehdir.
Bu yerin seçilməsinin əsas səbəblərindən biri regionun iqlimidir. Quru hava və səhra torpağı korroziya və paslanmanı minimuma endirir ki, bu da köhnə təyyarələrin uzun müddət saxlanması üçün ideal şərait yaradır. Bununla belə, hətta belə şəraitdə də 60-70 il əvvəl istehsal olunmuş bəzi təyyarələr mütəmadi texniki baxışdan keçirilir.
Saxlanılan təyyarələrin bir hissəsi gələcəkdə muzey eksponatına çevriləcək, digərləri isə ehtiyac yaranarsa yenidən bərpa edilərək uçuşa qaytarıla bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 6049 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrDünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabr