Putindən Paşinyana qarşı ÖLDÜRÜCÜ HƏMLƏ: Qarabağ... - Bir saatlıq QAPALI GÖRÜŞÜN ŞİFRƏSİ

Putindən Paşinyana qarşı ÖLDÜRÜCÜ HƏMLƏ: Qarabağ... - Bir saatlıq QAPALI GÖRÜŞÜN ŞİFRƏSİ"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşünün mənası odur ki, Kreml əvvəlkitək baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir".

Sonxeber.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, rus səfir Kremlin təlimatını yerinə yetirib: "Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri, adətən, müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Koçaryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır".

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Koçaryan Kreml üçün əziz siyasətçidir: "Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Koçaryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı. Baş nazir Rusiya səfirinin Koçaryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Koçaryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı + Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı bizə, Koçaryana dəstək verən zeyniyyət heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz".

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən gün Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşüb. Koçaryanın mətbuat katibi Viktor Soqomonyan görüşün Koçaryanın ofisində baş tutduğunu bildirib. Soqomonyan görüşün təkbətək keçirildiyini və bir saat davam etdiyini söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2722   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır" - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib. "Hesa

12 dekabr
.

"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir" - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Paşinyanın təqdim etdiyi "uğur" real geosiyasi və iqtisadi nəticələr baxımından hələ məhduddur" - AÇIQLAMA

Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib. Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb - Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya

11 dekabr
.

Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur

15 dekabr
.

"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmə

15 dekabr
.

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə

18 dekabr
.

"Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri -a Milli Məclisin deputatı Müşfiq Cəfəro

12 dekabr
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

18 dekabr
.

İlham Əliyev Avstraliyanın baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Avstraliya İttifaqının Baş naziri Entoni Albanizə başsağlığı məktubu ünvanlayıb. -a istinadən məktubun mətnini təqdim edir:. "Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barəd

15 dekabr