"Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır" - AÇIQLAMA
Avropa İttifaqı (Aİ) Şurası Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 10 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.
Sənəddə qeyd edilib ki, hazırda siyahıda aktivləri dondurulmalı olan 69 nəfər var. Onlara birbaşa və ya dolayı yolla vəsait, eləcə də, iqtisadi resurslar təqdim etmək qadağandır. Həmçinin, onlara Avropa İttifaqına səfərlərə qadağa tətbiq olunur.
"Aİ-nin Venesuelaya qarşı sanksiyaları uzatması Brüsselin bu ölkə ilə bağlı mövqeyinin dəyişmədiyini açıq göstərir, - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"69 nəfərin aktivlərinin dondurulması və səyahət qadağası hədəfli təzyiq mexanizmi kimi təqdim olunur. Yəni Aİ deyir ki, problem Venesuela xalqı deyil, siyasi elitanın davranışıdır. Amma açıq danışaq, bu cür sanksiyalar indiyə qədər real siyasi transformasiya yaradmayıb. Maduro hakimiyyəti illərdir bu təzyiqlərlə yaşamağı öyrənib. Sanksiyaların uzadılması daha çox prinsipial mövqenin qorunmasıdır, nəticə istehsalı yox. Aİ geri çəkilsə, bu, normativ güc iddiasına ciddi zərbə olar. Ona görə də Brüssel xətti dəyişmir, hətta effekt zəif olsa belə. Silah embarqosu isə Venesuelanın təhlükəsizlik sahəsində manevr imkanlarını məhdudlaşdırmağa hesablanıb. Bu, eyni zamanda regionda potensial gərginlik risklərini nəzarətdə saxlamaq məqsədi daşıyır. Digər tərəfdən, Rusiya və Çin kimi aktorlar bu boşluğu rahatlıqla doldurur. Yəni Qərb təzyiq edir, amma alternativlər də paralel açıq qalır. Bu vəziyyət sanksiyaların geosiyasi təsirini nisbi edir. Nəticə etibarilə, Aİ Venesuela dosyesini bağlamır, sadəcə dondurulmuş vəziyyətdə saxlayır"
Qeyd edək ki, Aİ Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri 2017-ci ilin noyabrında tətbiq edib. Bu tədbirlərə ölkəyə silah tədarükünə embarqonu nəzərdə tutur.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 922 Tarix: 15 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar
15 oktyabrAzərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabr