Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzdu

Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzduQumar bir çoxları kimi onun da həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Söhbət Laçın rayon sakini 41 yaşlı Səbuhi Əliyevdən gedir. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa yüklü məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi insanları aldadıb.

Virtualaz.org-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri - əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: "Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim".

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: "Taleh mənə hesab kodu verdi. Həmin kodla "bet 365" internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı".

Zərərçəkmiş qismində dindirilən Heydər Əhmədov ifadəsində Rusiyada yaşayan qohumlarının Bakıda və ya Şəmkirdəki tapşırıqlarını yerinə yetirdiyini, tapşırıqlara şəxsi pullarını xərclədiyini, sonradan öz xeyrini götürdüyünü deyib: "Təxminən 200-250 min dollar vəsaitim olurdu. Bəzi alış-verişlər xarici valyuta ilə olduğundan tez-tez pul mübadiləsi edirdim. Səbuhi ilə 2016-cı ildən valyuta mübadiləsi etməyə başladım. İstənilən pul vahidi lazım olduqda zəng vururdum, özü gətirib çatdırırdı. Bu cür əməliyyatlar mənim üçün də rahat idi. Uşaqlıq dostum İbrahimi Səbuhi ilə tanış etmişdim. İbrahim də onunla işləməyə başlamışdı".

Zərərçəkmişin ifadəsinə görə, Səbuhi onun etimadını qazanıb. İş o yerə çatıb ki, hətta Səbuhiyə pul verib götürəndə məbləği də saymayıb: "Səbuhi məni iş adamı kimi tanıyırdı. Üstümdə həmişə pul olduğunu bilirdi. 27 dekabr 2017-ci ildə Səbuhi zəng vurub pul mübadiləsi üçün təcili 300 min dollar lazım olduğunu, həmin mübadilədən mənə də xeyir qalacağını dedi. Üstümdə cəmi 217 min dollar vardı, onu verdim. Səbuhi pulu bir günə qaytaracağını, öz xeyrindən 300 manat əlavə verəcəyini dedi".

H.Əhmədov S.Əliyevlə görüşə gedərkən uşaqlıq dostu İbrahim Vəliyevin də orada olduğunu görüb. Nə üçün gəldiyini soruşduqda İbrahim ona Səbuhiyə 200 min dollar verdiyini deyib. İçərisində 217 min dollar olan torbanı Səbuhiyə verib. Səbuhi pulları saymayıb və maşına oturub oradan uzaqlaşıb. Ertəsi gün isə Səbuhi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb: "Zəng vurdum, operatorun türk dilində telefonun bağlı olmasını deməsini eşidəndə Səbuhinin Türkiyəyə qaçmasını başa düşdüm. Bir neçə dəfə Səbuhi özü türk nömrəsindən zəng vurub şəxsi işləri ilə bağlı İstanbulda olduğunu, pulları götürüb Bakıya gətirəcəyini və borcunu qaytaracağını dedi. Lakin sonradan ona zəng çatmadı. İbrahimlə gedib şikayət ərizəsi yazdıq".

Məhkəmə prosesi davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8117   Tarix: 16 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart