40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ
"Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol- nəqliyyat hadisəsi ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb. Ekspert qeyd edib ki, son 40 gündə 93 nəfər yol qəzalarında ölüb.
Onun sözlərinə görə, bu rəqəm təxminən günə 2 nəfərdən artıq insan deməkdir. Yol qəzaları, sürücü və piyada məsuliyyətsiziliyindən çox danışılsa da, neqativ hallar bitib-tükənmir. Dəfələrlə mətbuatda və televiziyalarda maarifləndirici məlumatlar paylaşılır. Sürücülərin və piyadaların diqqətli olması ilə bağlı daim çağırışlar edilir. Lakin "yol terroru" davam etməkdədir.
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev yol qəza hadisələrinin baş vermə səbəblərinə görə, piyadaları ittiham edib:
"Polis əməkdaşları hər zaman profilaktik tədbirlər həyata keçirir. Hər hansı yol nəqliyyat hadisəsinin qarşısının alınmasında da hər zaman zəruri tədbirlər görürlər. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə piyadaları yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Baxmayaraq ki, çox sayda yeraltı və yerüstü piyada keçidləri mövcuddur, yenə də bəzi piyadalar tərəfindən qayda pozuntularına yol verilir. Yüksək sürətin müəyyən olunduğu yollardan keçirlər. Nəticədə əziyyət çəkən, xəsarət alan, hətta dünyasını dəyişənlər də piyadaların özləri olur. Onlar öz həyatlarını təhlükə altında qoymamalıdırlar, yalnız müəyyən edilmiş keçidlərdən keçməli və işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməlidirlər".
İdarə rəisi xüsusilə mövsümlə əlaqədar olaraq, sürücülərə də xəbərdarlıq edib:
"Sürücülərə də tövsiyə edirik ki, hər zaman nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər. Təhlükəsizlik kəmərindən mütləq istifadə eidlməlidir, hərəkət zamanı sürət rejiminə, manevr, ötmə qaydalarına ciddi əməl etmək lazımdır. Yorğun, yuxusuz halda sükan arxasına əyləşmək olmaz. Həmişə olduğu kimi, tösiyə edirik ki, 2-3 saatlıq hərəkətsizlikdən sonra qısamüddətli istirahət etsinlər. Yay mövsümü başlayıb. Havaların isindiyini nəzərə alaraq, soyuducu sistemi olmayan nəqliyyat vasitələri sahiblərinə günün sərin saatlarında yola çıxmaları məsləhət görülür".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1061 Tarix: 17 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021