Azərbaycanda 8 nəfərin güllələndiyi dəhşətli cinayətlə bağlı YENİ XƏBƏR

Azərbaycanda 8 nəfərin güllələndiyi dəhşətli cinayətlə bağlı YENİ XƏBƏRDünən səhər saatlarında Ağstafa rayonunda baş vermiş dəhşətli cinayət nəticəsində vəfat edən 4 nəfərin cənazəsi ailələrinə təhvil verilib.

Ağstafa rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, xəstəxananın morquna yerləşdirilən 4 meyit ailələrinə verilib və onlar bu gün dəfn ediləcəklər.

Bildirilir ki, hadisədən sonra ərazidə səyyar polis postu təşkil edilib və baş verə biləcək hər hansı hadisənin qarşısının alınması məqsədi ilə digər profilaktik tədbirlər görülüb.

Qeyd edək ki, dünən saat 08 radələrindı Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu kənd bazarında "Koloşnikov" markalı avtomatla atəş açaraq, kənd sakinləri – 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb. Bazarda satıcı işləyən 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. İlkin araşdırma zamanı məlum olub ki, qisasın tarixi 12 il əvvələ gedib çıxır. 12 il əvvəl – 2007-ci ilin məhz iyun ayında Ağstafa rayonunun ərazisində "Ceyrançöl" adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olan rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruzla qonşuları, yəni Elnurun atası Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib.

Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz də orada vəfat edib. Taleh isə ağır vəziyyətdə olub.

Hadisədən dərhal sonra Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmiddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb.

Olay baş verən vaxt cəmi 12-13 yaşı olan Elnur atasının və əmisinin qatillərinin həbsxanadan çıxmasını gözləyib və dünən səhər saatlarında intiqam almaq məqsədi ilə dəhşətli cinayət törədib.

Hadisə zamanı Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənov yaralanıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2258   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel