Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTOƏrinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb.

Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçinin cəza müddəti bitdikdən sonra yenidən bir evdə yaşaya biləcəklərindən şikayətlənib.

Media.Az xəbər verir ki, Yalçın Bektimirovun vəkili Siyasət Sultanlı müvəkkilinə qarşı ittihamlara aydınlıq gətirib.

O, açıqlamasında Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunanları bir daha təsdiq edib. Vəkil A.Bektimirovanın gözünü xəsarət səbəbindən deyil, xəstəlikdən itirdiyini bildirib. Onun sözlərinə görə, bu, ibtidai və məhkəmə istintaqı dövründə ekspert rəyləri ilə sübuta yetirilib.

"Mütəxəssislərin rəyinə görə, Anastasiyanın sol gözünün sklerasının yırtılmasına səbəb onun aldığı xəsarətə görə deyil, göz toxumalarının qidalanmaması və orqanının tam funksiyasını itirməsi olub. Amputasiya və protezin yerləşdirilməsi ərinin yetirdiyi xəsarətə görə deyil, uşaqlıqdan əziyyət çəkdiyi xroniki xəstəlik və sonradan xəstəliyin qlaukoma ilə nəticələnən ağırlaşmasına görə həyata keçirilib. Onun gözü artıq çoxdan işığa reaksiya vermir.

Ona görə də müvəkkilimə cəmi iki il həbs cəzası verilib. Təbii ki, bu ona haqq qazandırmır, mən hər hansı zorakılığın əleyhinəyəm. Bizdə bu cür hadisələr kifayət qədər çoxdur: ərlər arvadlarını, bəzən isə qadınlar ərlərini döyürlər. Sadəcə olaraq mentalitetimizə görə güclü cinsin nümayəndələri onlara qarşı şikayət ərizəsi yazmırlar. Arvadı da bir neçə dəfə ona əl qaldırıb, hətta bu faktı təsdiqləyən fotoşəkillər də var".
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTOVəkilin sözlərinə görə, Bektimirovanın hazırda əsas məqsədi paytaxtın Yasamal rayonunda yerləşən mənzilin yeganə qanuni sahibi olmaqdır. Lakin mənzilin ipotekası Bektimirovun adına verilib.

"Yalçın neft şirkətində yüksək vəzifədə işləyib və çox yaxşı maaşı var idi. Buna görə də uzun müddətdir ki, ipotekanı məhz o ödəyib. Anastasiyanın pul verdiyinə dair ifadəsi doğru deyil. Bektimirov xarici dilləri bilir, parlaq karyerası olub, amma indi hər şeyi itirib", - deyə S.Sultanlı yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1508   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü

Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır

8 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr