İçməli su nə zaman fasiləsiz veriləcək? – VİDEO

İçməli su nə zaman fasiləsiz veriləcək? – VİDEOBəzi yerlərdə içməli su hələ də fasilələrlə verilir. Bəs bu problem nə zaman tam həll olunacaq?

Bu problem daha çox şəhərətrafı kənd və qəsəbələrdə yaşanır. Havalar isinən kimi küçələrdə əlində vedrə su daşıyan insanlara çox rast gələ bilərsiniz.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Su olmayanda o qədər problemlər yaradır. Su olmasa neyləmək olar? Heçnə".

Sakin: Bir gün gəlir, bir gün gəlmir. O da zəif gəlir. Əlbəttə camaata çətindir".

Suyun fasilələrlə verildiyi ərazilərdə hər bir ev sahibinin mütləq ki, su çəni olmalıdır ki, ehtiyyat su saxlasın. Əks halda yayın qızmar günlərində susuz qalmaq çox çətindir.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, hazırda əhalinin fasiləsiz su təchizatı ilə bağlı işlər davam etdirilir. Əgər 2004-cü ildə Bakı şəhərində əhalinin təxminən 29 faizi 24 saat fasiləsiz su ilə təmin olunurdusa, hazırda bu rəqəm 81.5 faizdir.

Anar Cəbrayıllı - "Azərsu" ASC-nin Mətbuat Katibi: "Amma bizim işlər davam edir. Yenə də elə ərazilər var ki, orada işlər görürük. Mərhələ ilə bu insanların fasiləsiz su təminatına nail oluruq. Məsələn elə bu yaz Qaraçuxurun bir hissəsinin 24 saat su təchizatına keçidini təmin etdik. Sonra Şağanda yeni şəbəkə qurduq".

"Azərsu" rəsmisi deyir ki, müəyyən ərazilərin 24 saat su təminatında bəzi problemlər var.

Anar Cəbrayıllı - "Azərsu" ASC-nin Mətbuat Katibi: "Burda 2 məsələ var. Elə yer var ki orda bizim əlavə su ehtiyatlarımız yoxdur deyə insanları 24 saat suya keçirə bilmirik. Bu əsasən şəhərin şərq hissəsini əhatə edir. Amma elə yerlər var ki, orda su ehtiyatlarımız var, sadəcə texniki imkanlar mövcud deyil deyə ora 24 saat su verə bilmirik

Bu gün ölkə üzrə əhalinin 69.9 faizi 24 saat su ilə təmin olunur. Ölkə başçısının tapşırığına əsasən yaxın illərdə hər bir Azərbaycan vətəndaşının 24 saat keyfiyyətli içməli su ilə təminatı məsələsi öz həllini tapacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021