DİQQƏT: Azərbaycanda palçıq vuklanının püskürməsi gözlənilir

DİQQƏT: Azərbaycanda palçıq vuklanının püskürməsi gözlənilirBu ilin sonuna qədər Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. A. Əliyev ötən il 6 palçıq vulkanının püskürməsi ehtimalı ilə bağlı açıqlama verdiyini bildirib:
"O vulkanlardan ikisi ötən ilin oktyabr-noyabr aylarında püskürüb. Bunlar Cənubi Qobustanda "Şəkixan" və "Ayazaxtarma" vulkanlarıdır. Bu ilin fevralında Şamaxıda baş verən zəlzələdən sonra isə rayondan 20 kilometr məsafədə yerləşən "Quşçu" vulkanı püskürüb".

Şöbə müdiri bildirib ki, bu il püskürməsi gözlənilən vulkanlar Abşeronda "Bozdağ Qobu", Ələtdə "Bahar", Mərkəzi Qobustanda isə "Şıxzərli" vulkanlarıdır:
"Vulkan püskürməsinin insanlara və ya yaşayış evlərinə təhlükəsi vulkanın gücündən asılıdır. Güclü vulkan olarsa, bu, həm insanlar üçün təhlükə yaradar, onlar xəsarət ala bilərlər, həm də yaşayış evləri zədələnər. Bu səbəbdən palçıq vulkanlarının yerləşdiyi əraziyə yaxın evlər 1 km uzaqlıqda tikilməlidir. Həmin əraziyə yaxın təsərrüfat işlərinin aparılması da məsləhət deyil".

Adil Əliyev bildirib ki, vulkanların zəlzələ ilə bağlılığı var, güclü zəlzələ olanda vulkan oyanır: "Əgər vulkan uzun illər sabit fəaliyyətdə olub enerji toplayıbsa, zəlzələ ocağından 80-100 km radiusda yerləşirsə, zəlzələnin baş verməsi vulkanın püskürməsinə səbəb olur. Vulkanın fəaliyyətinin aktivləşməsi zəif zəlzələnin baş verməsi haqqında bizə məlumat verir. Vulkan aktivləşəndə yer səthinə çıxan qazın tərkibində karbon, helium qazı, suyun tərkibində isə bor, sulfat ionu və xlor anomal dəyişəndə bilinir ki, həmin əraziyə yaxın ərazidə zəif zəlzələ baş verib".

Şöbə müdiri qeyd edib ki, palçıq vulkanlarının fəaliyyəti ilə bağlı elmi tədqiqatı Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi Respublika Seysmoloji Mərkəzi ilə birgə aparır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1201   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021