Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQİyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Modern.az-a danışıb. Ekspertin sözlərinə görə, təmiz, gübrəsiz qarpızın çəkisi 5 kiloqramdan çox olmamalıdır.

"Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir".

Pediatr Vaqif Qarayev bildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:
"Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində qarpız, yemiş nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3270   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr