"6 ay arzində ölkədə minimum əmək haqqının iki dəfə artırılması çox böyük inqilabı hadisədir"

"6 ay arzində ölkədə minimum əmək haqqının iki dəfə artırılması çox böyük inqilabı hadisədir""Azərbaycan Prezidentinin 2018-ci ilin may ayından etibarən sosial sahədə həyata keçirdiyi islahatları ancaq inqilabi islahatlar adlandırmaq olar. Cənab İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra növbəti mərhələni Azərbaycanın sosial rifah ölkəsinə çevrilmə dövrü adlandırıb. Ölkə başçısı seçkiöncəsi və seçkidən sonra Azərbaycanın sosial rifah ölkəsinə çevrilməsi istiqamətində irəliyə sürdüyü proqramın həyata keçirilməsi üçün davamlı olaraq konkret addımlar atmaqdadır".
Bunu "Ölkə.Az"a açıqlamasında millət vəkili İlham Məmmədov Azərbaycan Prezident İlham Əliyevin sosial sahə ilə bağlı sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarısından etibarən və 2019-ci ilin birinci yarısından isə sosial sahədə həyata keçirilən islahatlar daha sürətli xarakter almaqla yanaşı, dərinləşdi və bu islahatlar sosial sferanın bütün istiqamətlərini əhatə etməyə başladı.

"İslahatların ilkin mərhələsində cəmiyyətin daha həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həllinə yönəldi. Növbəti mərhələlərdə isə cəmiyyəti narahat edən və həllini gözləyən ciddi sosial problemlərin həlli istiqamətində islahatlar həyata keçirilməyə başladı. Demək olar ki, bu islahatlar kompleks xarakter daşıdı və bu da öz növbəsində bir zəncirvari bir proses olaraq ölkənin digər sahələrinin inkişafına öz töhfəsini verməyə başladı. Bu islahatlar ölkənin iqtisadi həyatında bir canlanmaya, dinamikaya səbəb oldu. Ölkə başçısının çoxmənzilli binaların sənədləşdirilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı imzaladığı sənədlər və onların qısa zamanda həyata keçirilməsi ölkədə çox müsbət nəticələrə səbəb oldu. Ümumiyyətlə islahatların nəticəsi uzun müddətə nəzərdə tutulsa da, ancaq Azərbaycan Prezidentinin həyata keçirdiyi bu islahatların böyük bir qismi qısa zamanda öz effektini verməyə başladı. Ölkə əhalisi bunun nəticələrini qısa zamanda hiss etməyə başladı", - deputat qeyd edib.

İ.Məmmədov əlavə edib ki, ölkə başçısının sərəncamları ilə ölkədə minimum əməkhaqqılarının pensiyaların, müxtəlif növ müvinətlərin davamlı olaraq artrılmaqdadır.

"Dövlət başçısı öz çıxışlarında dəfələrlə bəyan edib ki, ölkənin maliyyə imkanları artdıqca, həmin maliyyə imkanları ilk növbədə əhalinin sosial müdafisəinin gücləndirilməsinə və sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcək. Elə Azərbaycan Prezidentinin iyunun 18-də imzaladığı sərəncamı bunun bariz nümunəsi kimi dəyərləndirmək olar. Təsəvvür edin, 6 ay arzində ölkədə minimum əmək haqqının təqribən iki dəfə artırılması çox böyük inqilabı hadisədir",- deyə deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, cənab İlham Əliyevin son sərəncamı ölkədə sosial sahədəki həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir: "Həmin sərəncamdan iki milyonadək insan faydalanacaq. Minimum əməkhaqqının artması 950 minədək işçiyə şamil ediləcək. Bundan əlavə olaraq on minlərlə pensiyaçının pensiya təminatı yaxşılaşacaq. Bu da öz növbəsində ölkədə digər sahələrin inkişafına, iqtisadi aktivliyə öz töhfəsini vermiş olacaq. Bu bir daha göstərir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi inqilabi sosial islahatların kökündə insan amili, onun sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması dayanır".

Deputat onu da əlavə edib ki, ölkə başçısının söylədiyi kimi biz gələcəkdə də Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılacaq addımların şahidi olcağıq: "Bu islahatların həyata keçirilməsinin yekunu olaraq Azərbaycan yaxın gələcəkdə dünyanın sosial rifah ölkələrindən birinə çevriləcək və biz buna şahidlik edəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 792   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021