"Ərimi öldür, kef edək..." – İki əmioğlunun qətl planında şok təfərrüat

"Ərimi öldür, kef edək..." – İki əmioğlunun qətl planında şok təfərrüatAzərbaycanda qəsdən adam öldürməyə cəhddə ittiham olunan Ceyranbatan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Nailə Ağayeva, Abşeron sakini Aqil Baxşıyev və Lerik rayonunun Lərmərud kəndindən olan 1992-ci il təvəllüdlü Vəfalı Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, Aqil Baxşiyevlə Nailə Ağayevanın yaxın münasibətindən əri Mail Ağayev şübhələnib.

Bu səbəbdən o, arvadına qarşı zorakılıq göstərib, onu təhqir edib.

İntim münasibət və qətl planı

Nailə zorakılıq və təhqirlərdən qurtulmaq, həmçinin Aqil Baxşiyevlə daha sərbəst formada görüşmək qərarına gəlib. Belə olmasa Aqil Baxşiyevə aralarında olan intim münasibəti kəsəcəyini bildirib.

Nailə Aqil Baxşəliyevi əri Maili öldürməyə təhrik edib. Aqil Baxşiyev qətli icra etmək üçün əmisi oğlu Vəfalı Əliyevlə razılığa gəlib. O, əmisi oğlu ilə cinayəti törətmək üçün qərarlaşandan sonra 22 iyun 2018-ci il tarixdə Masallı şəhərindəki mağazadan bıçaq alıb.

Vəfalı Əliyev Nailə Ağayeva ilə birlikdə həmin gün saat 15 radələrində onları evə aparması adı ilə Mail Ağayevə zəng edərək, Lerik rayonu Lərmərud kənd yolunun girişinə çağırıblar.

Qətli belə törətdilər

Mail Ağayev "UAZ" markalı avtomobili ilə onların dediyi yerə gəlib. Vəfalı və Nailə onun idarə etdiyi avtomobilə əyləşiblər.

Onlar avtomobillə yolun Yardımlı rayonu ərazisindən keçən hissəsinə qədər hərəkət ediblər. Daha sonra maşını yol kənarındakı yarımçıq tikilinin qarşısında saxladıblar. Orada pivə içiblər. Mail Ağayev avtomobilə tərəf hərəkət edərkən Aqil Baxşıyev də onun arxasınca gedib və ona bıçaqla zərbə endirib.

Mail dərhal avtomobilin kabinəsinə qaçıb, orada əl-ayaqları ilə Aqilə müqavimət göstərib. Bunu görən Vəfalı maşının arxa qapısından salona keçib, Mailin hər iki qolundan tutmaqla, onun müqavimət göstərməsinə mane olub.

Bundan istifadə edən Aqil Baxşiyev Mail Ağayevin sinə nahiyəsinə daha üç bıçaq zərbəsi endirib. Mail Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Avto-qəza görüntüsü

Qatillər Mail Ağayevin yol-nəqliyyat hadisəsi zamanı ölməsi effektini yaratmaq üçün meyiti avtomobilin ön sərnişin oturacağına qoyaraq, maşını bir qədər irəli sürdükdən sonra dərəyə buraxıblar.

İstintaq orqanı tərəfindən Nailə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 32.4, 120.2.1-ci (iştirakçılıq, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), digər iki təqsirləndirilən şəxslərin barəsində isə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Bankdan pulu götürə bilmədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəfalı Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, 2000-ci ildən ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhərindən 2018-ci ilin iyul ayının ortalarında Lerik rayonuna gəlib: "Lerik rayonuna gəlməkdə məqsədim əmim qızının Ramazan bayramından sonra keçirilən toy mərasimində iştirak etmək idi.

Lərmərud kəndində yaşayan əmim oğlu Aqil Baxşıyevlə görüşdüm. Həmin ərəfədə Rusiyada olan tanışım bank vasitəsi ilə mənə pul göndərmişdi. Pulu bankdan götürmək üçün Aqildən mənimlə birlikdə Masallı şəhərinə getməyi xahiş etdim. Birlikdə Masallı şəhərinə getdik. Şəxsiyyət vəsiqəmin müddəti bitdiyi üçün bankdan pulu götürə bilmədim".

"Kürək nahiyəsinə zərbə endirdi"

Vəfalı Əliyevin sözlərinə görə, Lərmərud kəndinə qayıdan zaman Aqil taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Mail Ağayevə zəng edib: "Aqil Maildən yolun kənarından bizi götürərək kəndə aparmağı xahiş etdi. Mail idarə etdiyi "UAZ" markalı avtomobillə gəldi, həmin avtomobilə oturduq, kəndə doğru hərəkətə başladıq.

Yolda Aqil maşını saxladı, yolun kənarında pivə içməyi təklif etdi. Mail çay kənarına yaxın bir yerdə avtomobili saxladı. Biz avtomobildən düşüb yolun kənarında pivə içdik. Pivədən sonra avtomobilə doğru hərəkət etdik. Qabaqda Mail, arxasınca Aqil, onlardan lap arxada özüm hərəkət etdim. Mail avtomobilə çatmağa az qalmış, Aqil qəflətən bıçağı çıxararaq arxadan onun kürək nahiyəsinə zərbə endirdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mail tez avtomobilin kabinəsinə daxil olub və ayaqları ilə Aqilə müqavimət göstərib: "Buna baxmayaraq Aqil Mailə bir neçə bıçaq zərbəsi də endirdi. Bütün bunlar ani, qısa vaxt ərzində baş verdiyi üçün özümü itirdim. Hadisəyə müdaxilə edə bilmədim. Maili öldürdükdən sonra Aqil meyiti avtomobilin qabaq oturacağına qoydu, avtomobili yol kənarında meşəlik sahəyə gətirdi. Maşını dərəyə doğru itələdi".

"Üzərimə zorlama cinayəti qoyulacağı ilə hədələnmişəm"

Vəfalı Əliyev ifadəsində daha sonra göstərib ki, Aqil Baxşıyev ona Mail Ağayevi öldürəcəyi barədə heç nə deməyib: "Mail Ağayevi öldürmək üçün məndən kömək istəmədi. İbtidai istintaq zamanı təqsirimi etiraf etməyimin səbəbi odur ki, həmin vaxt təzyiqə məruz qalmışam, üzərimə zorlama cinayəti qoyulacağı ilə hədələnmişəm. Buna görə qorxaraq Mail Ağayevin ölümündə iştirak etməyimi boynuma götürməyə məcbur olmuşam".

Digər təqsirləndirilən Aqil Baxşıyev də ifadəsində göstərib ki, Mail Ağayevi tək öldürüb, qətl barədə qabaqcadan Vəfalıya deməyib, Mailin öldürülməsində Vəfalı iştirak etməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfalı Əliyev 18 il, Aqil Baxşıyev 18 il 6 ay, Nailə Ağayeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vəfalı Əliyev apelyasiya şikayəti verib. O, qətl hadisəsini törətmədiyini qeyd edərək, əməlini Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Nailə Ağayeva da apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib.

Digər təqsirləndirilən Aqil Baxşıyev isə apelyasiya şikayəti verməyib.

Vəfalı Əliyev və Nailə Ağayevanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb və sonda şikayətlər təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3392   Tarix: 21 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021