Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətliKriminal aləmdə "Emin 444" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Xatırladaq ki, "Emin 444"ün ölümünə görə həbs edilmiş şəxslər Həsən Tağıyev və Zaur Yusifovdur.

Qətl hadisəsinin baş verməsinə "Emin 444"lə Həsən Tağıyev arasında bir neçə ay davam edən ədavət səbəb olub.

Həsən Tağıyevlə Zuar Yusifov isə dost olublar. Zaur Yusifov, həmçinin Həsənin məşqçisi imiş. Həsən Tağıyev də əvvəllər məhkumluq həyatı yaşayıb və son zamanlar avtobus sürücüsü işləyirmiş.

Məlumata görə, "Emin 444" həbsdən çıxdıqdan sonra yolda Həsəni görüb və onu yanına çağırıb. Emin bu zaman Həsənə "ayə" deyərək müraciət edib. Həsən isə buna etiraz edib və Eminin yanına getməyib. Emin isə bunu hörmətsizlik kimi qəbul edib və buna görə Həsəni cəzalandıracağını deyib. Bu məsələyə isə dəfələrlə Zaur Yusifov müdaxilə edərək tərəfləri barışdırmağa çalışıb. Sonuncu belə görüşlərdən birində isə Emin Zaura deyib ki, kimsə onu tutdurmaq istəyir və polisə şikayət edib. Bu söhbət zamanı Həsən də orada olub. Həsən bu söhbəti özünə eyham vurluması kimi başa düşüb.

Məlum olub ki, Emin Həsəni cəzalandıracağını deyib və tanışlarına zəng edərək onu harada görsələr, vurmağı tapşırıb.

Rəsmi ittihamda göstərilir ki, Həsən Tağıyev 2018-ci ildə soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib və nə zamansa Eminlə hesablaşacağını bilib.

Məlumata görə, bundan sonra Həsənlə "Emin 444" arasında olan məsələni həll etmək üçün Zaur Yusifov bir neçə dəfə də cəhd edib.

Qətl hadisəsindən əvvəlki görüşdə Emin Səfərov Zaur Yusifovla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün "BMW X5" markalı avtomobili ilə sonuncunun yaşadığı Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27 saylı evin qarşısına gəlib. Bu zaman Həsən də orada olub. Zaur Yusifov Eminin maşınına əyləşən zaman Həsən də arxa oturacaqda oturub. Emin Həsəndən maşından düşməsini tələb edib. Amma Həsən yalnız Zaur Yusifovun razılığından sonra avtomobildən düşüb. Bu zaman Emin Səfərov Həsənə hörmətsizlik etməsini bağışlamayacağını, onunla ayrıca söhbət edəcəyini bildirib.

Emin Səfərov görüş zamanı Zaur Yusifova Həsəni bu qədər qorumasını irad kimi bildirib. Bu söhbət Eminlə Zaur arasındakı münasibətləri də gərginləşdirib. Məsələnin davamı kimi Emin Səfərov Zaur Yusifova məxsus "Nargilə" çay evinə gedərək orada işləyən şəxslərə "Zaura deyərsiniz, kafeni məndən təhvil alar" deyib. Bu söhbət tərəflər arasında ədavəti daha da böyüdüb.

İttihamda göstərilir ki, bundan sonra Zaur Yusifov və Həsən Tağıyev qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Emin Səfərovu qəsdən öldürmək qərarına gəlib.

2019-cu il, mayın 9-da Həsən Zaur Yusifovun yaşadığı evə gedib. Bu zaman Emin Səfərovun maşınını görüb. Emin Səfərovun Zaur Yusifovun atası Əli Yusifovla avtomobilin içərisində söhbət etməsini görüb.

İttihamda göstərilir ki, Zaur Yusifov cinayətkar niyyəti həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb. O, avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Emin Səfərovun köynəyinin yaxasından tutub sıxıb, daha sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurub.

Həmin vaxt Həsən də bıçaqla Emin Səfərovun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Emin avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək səkiyə qalxıb.

Rəsmi ittihamda göstərilir ki, Emin Səfərov avtomobilin sağ ön qapısından çıxmaq istəyib.

Bu zaman Həsən Zaur Yusifovla birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizliklə, işgəncə və xüsusi ağrılar verməklə yenə də Emin Səfərova əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bıçaqla zərbələri vurub.

Müayinə zamanı məlum olub ki, "Emin 444"ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

Həsən ifadəsində deyib ki, Emin tərəfindən öldürüləcəyini dəqiq bilib: "Mən onu öldürməsəydim, o məni öldürəcəkdi. Vuranda yerə yıxılmışdı. Xırıldayanda gedib yenə vururdum. Bilirdim ki, ölməsə, məni öldürəcək".

Bildirək ki, "Emin 444" bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmə yaxınlığı ilə tanınıb. Emin "Lotu Quli" kimi tanınan Nadir Səlifovun yaxın adamı olub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 6138   Tarix: 12 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021