Mədə xərçənginin 12 ilkin əlaməti - Yaşama şansı nə qədərdir?
Hazırda Azərbaycanda da geniş yayılmış mədə xərçəngi daha çox 55-70 yaş arasında xəstələrdə aşkarlanır. Amma 55 yaşında bir insanda mədə xərçəngi varsa, deməli bu şişə qədər o azı 10 il əvvəldən yol alıb. İlkin əlamətlər isə özünü şiş hələ kiçik ikən az da olsa göstərir.
Sonxeber.az medicina.az-a istinadən ağır xərçəng növlərindən olan mədə şişlərinin səbəb və ilkin əlamətlərini təqdim edir.
Səbəblər çoxdur.
Alimlər bildirir ki, hazırda mədədə şiş xəstəliklərinin yaranmasının birinci səbəbi qeyri-düzgün, zərərli qidalanmadır.
-C vitamini az olan, antioksidant təsirli qidalar az yeyən insanlarda da bu ehtimal olur
-Eləcə də hisə verilmiş, qızardılmış, duzlu, istiotlu, zərərli ərzaqlar qəbul edənlərdə
-Mədəsində polip, xora, qastrit və aşağı turşuluq olanlarda da bu xoralar xərçəngə çevrilə bilir
İlkin əlamətlərə diqqət:
1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalıdır
2. 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, sanki nəsə qalmış hissi, iştahsızlıq ola bilər
3. Qan azlığı, anemiya
4.Çəkinin səbəbsiz itirilməsi
5.Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi
6.Tez doymaq və mədənin dolması hissi
7. Şiş böyudükcə mədə divarı rigidləşir, yəni elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərir
8. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir
9. Aşağı hissədə olan şiş yeməyin bağırsağa ötürülməsinin qarşısını aldıqda, xəstədə ürəkbulanma və yediyinin bir hissəsini qaytarma. Əgər bu proses sizdə ayda 4-5 dəfə olursa, təcili həkimə getməlisiz
10.Epiqastral nahiyədə ağrı, bəzən ağrı kürəyə vurur
11.Fontan qusma
12.Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s.
Diaqnoz
Mədə xərçəngi 1-si mərhələdən 3-cü mərhələyə kimi 4-6 ilə çatır. Əgər şiş 1-2-3 sm olduqda aşkarlansa, xəstəliyə qalib gəlmə şansı, uğurlu əməliyyat mümkündür.
Ən düzgün diaqnoz metodu qastroskopiya- zondla müayinədir. Daha sonra biopsiya olunur. Lazım gələrsə KT ilə yanaşı orqanlara baxılır.
Ailəsində, nəslində, yaxın qan qohumlarında bu xəstəlik olan insanlar 40 yaşından sonra 2-3 ildən bir mədə-bağırsağı dəqiq müayinə etdirməlidir.
Yaşama şansı
Bu barədə həkimlər dəqiq bir şey demir. Amma rəsmi tibb 1-2ci mərhələdə aşkarlanıb müalicə olunarsa, orta olaraq 7-10 il, 3-4-cü mərhələdə 3-5 il yaşama şansı olduğunu bildirir.
Amma təbii ki, ömrü Allah verir. O da ən düzgününü bilir. Bəzi xəstələr var ki, ağır mərhələdə əməliyyatdan sonra 5 ildən də artıq yaşayıb. 1-ci mərhələdə bir əməliyyatla 12-15 il də yaşayanlar çox olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiyələyin min dərdə dərman xeyri
Mövsümün ən çox rast gəlinən meyvəsi çiyələkdir. Küçədə, mağazada hər addımda qarşımıza çıxan çiyələk həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı meyvələrdən biridir. Tərkibində bol vitamin və antioksidantlar olduğu üçün orqanizmin müxtəlif funksiyalarını dəstəkləyir. Ölkə.az xəbər verir ki, çiyələyi
10 aprelHər gün ağ çörək yesəniz, bədəninizə nə baş verər?
Əgər siz hər gün ağ çörək yemək istəyi hiss edirsinizsə, bu vərdişin sağlamlığa təsiri ilə maraqlana bilərsiniz. Qaynarinfo xəbər verir ki, bu barədə "Real Simple" yazır. Nəşr qeyd edir ki, bir çox insan onun zərərli olduğu barədə fikirlərə baxmayaraq hər gün ağ çörək istehlak edir. Digər bi
20 aprelBu iki gündəlik vərdiş qocalmanı yavaşlada bilər
İki əsas gündəlik vərdiş - düzgün qidalanma və fiziki aktivlik - orqanizmin qocalma sürətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşrində elmi magistr, qeydiyyatdan keçmiş dietoloq Ceyn Leveriç məqaləsində yazıb. Onun sözlərinə görə, əlavələr
24 aprelDamar tıxanıqlığının əsas səbəbi bu imiş...
Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır. xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik istifadə edilən bəzi qidalar bu prosesi daha da sürətləndirir
12 aprelYeni koronavirus ştammı immuniteti qismən aşa bilər
"Tsikada" adlanan yeni koronavirus variantı artıq iyirmidən çox ölkədə aşkarlanıb və dəyişərək yeni mutasiyalar toplamaqda davam edir. Bu variant peyvənddən və ya əvvəlki yoluxmadan sonra formalaşmış immun müdafiəni qismən aşa bilir. Bununla belə, əksər hallarda xəstəlik nisbətən yüngül keçir
19 aprelSəhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlıq problemlərinin ilkin əlaməti kimi ortaya çıxa bilər. Gün ərzində artan yorğunluq
26 aprelPişiklər xərçəngin müalicəsinə kömək edə bilər
Onkoloji sahədə aparılan araşdırmalar pişiklərin xərçəngin öyrənilməsində mühüm rol oynaya biləcəyini göstərir. Bildirilir ki, pişiklərdə olan bəzi viruslar insanlarda qaraciyər xərçənginə səbəb olan viruslara bənzəyir. Bu xüsusiyyət alimlərə xəstəliyin mexanizmini daha yaxşı anlamağa və yeni müalic
22 aprelYatmazdan əvvəl kefir və darçın içsəniz nə baş verər?
"Yatmazdan əvvəl kefirə darçın qatıb için" tövsiyəsini eşidən kimi çoxları sürətli arıqlama və yüngül səhər təsəvvür edir. Amma bu qarışıq sosial şəbəkələrdə deyildiyi kimi "möcüzəvi" təsir göstərmir. xarici mediaya istinadən xəbər verir ki, kefir və darçının birləşməsi həqiqətə
12 aprelBu tərəvəz əsl möcüzədir!
Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. "Qafqazinfo"nun məlumatına görə, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir. Eyni zamanda
25 aprel