Gürcüstanın rus turistlərini itirə bilərmi?

Gürcüstanın rus turistlərini itirə bilərmi?İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şuarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsindentin ardından parlamentin spikeri İrakli Kobaxidze istefa verdi, ölkə başçısı isə öz "Facebook" səhfəsində Rusiyanı "düşmən" və işğalçı adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın nəqliyyat nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qadağanın məhz 8-də quvvəyə minməsi isə əksər turların məhz həmin tarixə kimi başa çatması ilə bağlıdır.
Sonxeber.az xəbər verir ki, "Report"un analitik qrupu hesab edir ki, iki ölkə arasında sərnişin avia daşınmalarının müvəqqəti olsa da dayandırılması Rusiyadan qonşu ölkəyə edilən səfərlərin azalmasına gətirib çıxarsa da əhəmiyyətli olmayacaq. Belə ki, səfərlərin çox az bir hissəsi turlar vasitəsilə həyata keçirilir. Rusiyanın Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Gürcüstanda turoperatorların xətti ilə 5-7 min turist var. Sərbəst şəkildə səyahət edənlər isə 2-3 dəfə çoxdur.
Hadisələrin ənənəvi olaraq Gürcüstana səfər edən rus turistlərin digər ölkələrin xeyrinə seçim etməsi həddinə gəlməsi üçün bir sıra faktorların reallaşması vacibdir. Əvvəla Rusiyaya qarşı aqresiv ictimai fikir artan proyeksiya üzrə inkişaf etməlidir və turistlərin təhlükəsizlik məsələsi ön plana çıxmalıdır. Digər bir faktor isə milli qürurdur. Bunun bariz nümunəsi kimi 2015-ci ilin noyabr ayında Türkiyə tərəfindən Rusiyaya məxsus Su-24 bombardımançının vurulmasıdır. O zaman Rusiyanın Türkiyə üzürxaqlıq gözlədiyi bir halda bunu ala bilməməsi iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə gətirib çıxardı ki, bu da Türkiyənin turizm sektoruna ciddi zərbə vurdu.
İndiki halda isə Gürcüstanda fəaliyyət göstərən kinoteatrların rus dilli filmlərin nümayişini dayandırması, futbol üzrə milli liqasında iştirak edən bəzi klubların futbolçularının "Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub" şuarlı yazılı köynəklərlə çıxmaları gərginliyin eskalasiyasından xəbər verir. Gürcüstan Turoperatorları Assosiasiyasının sədri Saba Kiknadzenin turizm sektorunun rusdilli xidmət göstərən işçilərinin bundan sonra fokusu MDB-nin digər ölkələrinə və Şərqi Avropa ölkələrinə çevirməli olduğlarını deməsi isə hazır ki, mərhələdə optimizm üçün arqumentlərin kifayət qədər az olmasından xəbər verir. Kiknadze daha da irəli gedərək Rusiyadan gələn turistlərin sayının azalacağını və yenilərinin cəlb olunması gərəkəcəkəcəyini deyərək bu prosesin il yarıma yaxın vaxt alacağını əlavə edib.
Rusiyadan gələnlərin Gürcüstan üçün əhəmiyyətini statistik göstəricilərdə daha aydın görmək olur. Rəsmi statistikaya əsasən ötən il Gürcüstana 8,7 milyon əcnəbi ziyarətçi səfər edib ki, onların 4,7 milyon nəfərini turistlər təşkil edib. Azərbaycandan sonra (1 424 610 nəfər) Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri məhz Rusiya (1 404 757 nəfər) tutur.
Təkcə bu ilin mayında Rusiya vətəndaşları qonşu ölkəyə 172 min səfər ediblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 53,2% çoxdur.
Ötən ilin 11 ayının göstəricisinə əsasən Gürcüstan turizmdən 3,2 milyard ABŞ dolları əldə edib.
Rus turistlərlə bağlı ən pis ssenarinin reallaşması Gürcüstan üçün hansı iqtisadi itkilərə gətirib çıxaracağını rəsmilər də yaxşı anlayırlar. Gürçüstan prezidenti xanım Zurabişvilinin "Rusiyalı turistlər Gürcüstana gəlməyə davam etməlidirlər, çünki bu ölkəni sevirlər" yönündəki son bəyanatı da bu qəbildəndir.
Baş verənlər fonunda region ölkələrinin rus turistlərin marağını cəlb etmək istiqamətində aktivləşəcəyi şübhə doğurmur. Bu ölkələr arasında daha inkişaf etmiş dənizkənarı turizm infrastrukturuna və geniş ekoloji turizm imkanlarına malik Azərbaycan favorit sayıla bilər. Azərbaycan mədəniyyətinin ruslara yad olmaması, yerli əhalinin qonaqpərvərliyi onların burada özlərini komfortda hiss etməsini təmin edəcək. Bir məqamı isə diqqətdən qaçırmaq lazım deyil. Rus turistlər Ərəb turistləri deyil. Gürcüstana gələn rus turistlər əsasən çox da baha olmayan istirahətdən yararlanırlar. Bütün hallarda turizmdən tək onun özünün yox ətraf sahələrin də qazandığını nəzərə alaraq 100 minlərlə rus turistin Azərbaycana üz tutmasının artıq olmayacağı şübhəsizdir. 


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1389   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır - FOTO

BƏƏ-yə məxsus "Wizz Air Abu Dhabi" aviaşirkəti bu gün Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayır. xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirəcək. Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Biletlər "

14 avqust 2021
.

Gürcüstan turizmdən gəlirini artırıb.

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb. Yalnız iyu

29 iyul 2019
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021
.

"Küçə sənətçiləri" layihəsinin icrasına başlanılır.

Bakı Turizm İnformasiya Mərkəzi "Küçə sənətçiləri" layihəsinin icrasına başlayır. "Report"-a istinadən xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib. Layihə barədə məlumat verən Mərkəzin direktoru Rüfət Bağırov bildirib ki, paytaxtın 3 yerində - Dənizkənarı Milli Parkda, "İçərişəhər"d

29 iyul 2019
.

Cennifer Lopezin sevgilisini soydular - VİDEO

Cennifer Lopezin sevgilisi, iş adamı Aleks Rodrigez yarım milyon dollarlıq qarətlə üzləşib. TMZ-nin məlumatına görə, hadisə ötən bazar günü San-Fransiskoda keçirilən "Giants" və "Phillies" komandaları arasında keçirilən beysbol oyunu zamanı baş verib. Aleks həmin oyuna şərhçi kim

14 avqust 2019
.

"Bu sistemlə təyyarə biletlərinin qiyməti tənzimlənəcək" - MÜSAHİBƏ

Azərbaycanda aviabiletlərin baha olması ilə bağlı narazılıqlar bu günün söhbəti deyil. Elə təkcə qonşu Gürcüstandan Türkiyə, Rusiya və Avropa ölkələrinə uçuşların bizim ölkədən xeyli ucuz olması daim sərnişinlər tərəfindən müqayisə predmetinə çevrilir. "Ölkəyə xaricdən turist gəlməsində aviabiletləri

22 avqust 2021
.

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir. -ım TASS-a istinadən məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanları

13 iyun 2021
.

Turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə nə zaman qayıdacaq? - AÇIQLAMA

Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu. Karantinlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılsa da turizm sektorunda vəziyyət hələ də qaneedici səviyyədə deyil. Bəs görəsən bərpa olma prosesi nə vaxta gözlənilir?. Mövzu ilə bağlı -ın suallarını turizm sahəsi üzr

18 may 2021
.

Sloveniyadan peyvənd olunmadan gələn turistlər üçün karantin QƏRARI

Sloveniya hakimiyyəti pisləşən epidemioloji vəziyyəti olan ölkələrdən gələn koronavirus əleyhinə peyvənd edilməmiş bütün turitlər üçün məcburi karantin tətbiq edilməsi barədə qərar verib. -ın TASS-a istinadən verdiyi məlumata görə, karantin bütün epidimioloji vəziyyətin səviyyəsini bildirmək üçün istifad

20 iyun 2021