"Bu sistemlə təyyarə biletlərinin qiyməti tənzimlənəcək" - MÜSAHİBƏ

"Bu sistemlə təyyarə biletlərinin qiyməti tənzimlənəcək" - MÜSAHİBƏAzərbaycanda aviabiletlərin baha olması ilə bağlı narazılıqlar bu günün söhbəti deyil. Elə təkcə qonşu Gürcüstandan Türkiyə, Rusiya və Avropa ölkələrinə uçuşların bizim ölkədən xeyli ucuz olması daim sərnişinlər tərəfindən müqayisə predmetinə çevrilir.

"Ölkəyə xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır", - deyə turizmçilər də qeyd edirlər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətinin bahalığı və bu amilin ölkə turizmində rolu ilə bağlı "Kaspi" qəzetinin əməkdaşlarının suallarını cavablandırıb.

- Fuad müəllim, keçən ay Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid aviabiletlərin bahalığı ilə bağlı açıqlamasında "Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq", - deyə qeyd etmişdi. Məsələnin həlli istiqamətində hər hansı irəliləyiş varmı?

- Bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb. Azərbaycan Hava Yollarının (AZAL) idarəetməsi hazırda həmin holdinqə verilib. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnvestisiya Holdinqi, AZAL və başqa qurumlarla danışıqlar aparır. Bu, prosesi tənzimləyəcək. Amma Dövlət Turizm Agentliyi biletlərin qiymətini formalaşdıra bilməz. Əlbəttə, rəqabət olsa, bu, bilet qiymətlərinə də təsir edəcək. Əgər başqa ölkələrin aviaşirkətləri Bakıya gəlsələr, bu, qiymətlərin formalaşmasında rol oynayacaq. Bəli, hazırda biletlərin qiyməti bizim üçün bir qədər sual altındadır. Biz çalışırıq ki, daha çox beynəlxalq aviaşirkətlər Bakıya gəlsinlər və turistləri gətirsinlər. Dövlət Turizm Agentliyi olaraq çalışacağıq ki, daha çox xarici aviaşirkətlərlə əməkdaşlıq olsun.

- Yəqin siz lou-kost (aşağı büdcəli) aviaşirkətləri nəzərdə tutursunuz?

- Əlbəttə, lou-kost aviaşirkətlərini də nəzərdə tuturuq. Bizim planlarımız çox böyük idi. Ölkəyə çoxlu turistlər gəlməyə başladı. Körfəz ölkələrindən çoxlu aviaşirkətlər gəldi. Amma pandemiya bütün planlarımızı pozdu. Bütün proseslərin tənzimlənməsi və inkişaf üçün viza prosesinin qaydada olması və biletlərin qiymətləri əsasdır. Başqa ölkələrlə müqayisədə bizim otellərdə qiymətlər o qədər yüksək deyil. Amma viza da əlçatan olmalıdır.

Məsələn, Koreya vətəndaşı 187, alman vətəndaşı 196 ölkəyə vizasız gedə bilir. Düzdür, elektron viza bizə çox kömək etdi, buna görə ölkəmizə çoxlu turistlər gəldi. Amma biz daha çox turist dəvət edə bilərik. Azərbaycanın potensialı o qədər böyükdür ki, bizim çoxlu turist qəbul etmək imkanımız var. Qeyd etdiyim kimi, bizdə otellərin qiyməti və xidmətlər normal səviyyədədir. Eyni zamanda, bölgələrdə otellər normal səviyyədədir. Treninq keçirir, monitorinq aparırıq və bu sahələrdə xidmətin normal olduğunu görürük. Bu, bizi çox sevindirir. Sadəcə, biletlərlə bağlı məsələ gündəmdə qalır. Hesab edirəm ki, yeni idarəetmə sistemi bizə imkan verəcək ki, biletlərin qiyməti tənzimlənsin.

- Necə düşünürsünüz, əgər biletlərin qiymətlərində tənzimlənmə baş verərsə, ən çox turist axını hansı ölkədən ola bilər? Hədəf bazarınız hansılardır?

- Hədəf bazarımız həmişə Rusiya olub, indi də elədir. 2019-cu ildə Rusiyadan 916 min, Gürcüstandan 820 min nəfər turist gəldi. Düzdür, gələnlərin hamısını turist adlandırmaq olmaz, aralarında öz evinə gələn vətəndaşlarımız da var. Və yaxud hansısa biznes məqsədilə sərhədi keçib gəlirlər. Bizim üçün ilk növbədə Rusiya, Gürcüstan, İran bazarı hədəfdir. 2019-cu ildə İrandan Azərbaycana 255 min adam gəlib.

- Bəs Türkiyə bazarından gözləntilər necədir?

- Türkiyənin potensialı çox böyükdür. Orada marketinq strategiyasını hansı formada həyata keçirmək haqqında düşünürük. Türkiyədə işləməyə başlayacağıq. Ancaq pandemiya şəraiti bizə imkan vermir. Məsələn, hər hansı vacib sərgidə iştirak edib-etməyəcəyimizi qabaqcadan planlaşdıra bilmirik. Sərgi bizim üçün önəmlidir, amma bir həftə əvvəl ondan imtina etməli oluruq. Biz yaxınlarda İsraildə turizm ofisi açdıq. 2016-cı ildə İsraildən ölkəmizə 15 min turist gəlmişdi. Sonra artım oldu. Biz İsraildə cüzi işlər həyata keçirdik. 2019-cu ildə 48 min adam gəldi. Həmçinin Çin, Koreya və Avropa ölkələrindən gələn turistlərin sayında artım oldu. Artıq turizmin sifəti də yavaş-yavaş dəyişir. Bizə əvvəllər daha çox körfəz ölkələrindən gəlirdilərsə, 2019-cu ildə istiqamət dəyişdi - Avropa, Cənubi Asiya ölkələrindən gələnlər artdı. Bu, bizim üçün maraqlıdır. Bu onun göstəricisidir ki, insanlar gələcək. Biz sadəcə, prosesin içində olaraq onu tənzimləməliyik.


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 1121   Tarix: 22 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb

Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind

18 iyul
.

Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA

Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə

5 avqust
.

Dağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını

5 iyul 2025
.

Uiteker: ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq

ABŞ-nin Avropa müttəfiqlərinə tədarük etdiyi F-35 qırıcılarının ümumi sayı tezliklə 600-ə çatacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nun NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Münhen Təhlükəsizlik Konfransında bildirib. "Düşünürəm ki, yaxın gələcəkdə Avropada müttəfiqlərimizə məxsu

15 fevral
.

Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir

Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə

22 fevral
.

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki

9 mart 2025
.

NYT: ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir. "Report" xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadə

26 iyul
.

Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə

12 sentyabr
.

Əraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə

1 mart