Naxçıvanda Uzunoba Su Anbarında çimərlik yaradılıb.
İsti yay günlərində muxtar respublika sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Naxçıvanda Uzunoba Su Anbarında yaradılan çimərlikdir.
İyunun 17-də növbəti çimərlik mövsümünün açılışı olub.
Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahə 10 min kvadratmetr olmaqla uzunluğu 255, eni 55, su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-14 metrdir. Uşaqlar üçün nəzərdə tutulan sahə 1925 kvadratmetr, uzunluğu 60, eni 35, su hissəsinin dərinliyi isə 3 metrdir. Hər iki sahədə suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub. İstirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə marşrut xidməti fəaliyyət göstərir.
Çimərlik istirahət zonasında insanların təhlükəsizliyi də nəzərə alınıb, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sularda xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır. Xidmət zamanı sahildəki müşahidə qülləsindən ətrafa davamlı nəzarət olunur. Hər hansı qayda pozuntusu qeydə alınarsa səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir.
/Azərtac
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 2916 Tarix: 25 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu hadisə daxili turizmin inkişafına təkan verəcək - VİDEO
Qəbələ, Şəki-Zaqatala, Oğuz və digər ətraf bölgələrə turizm məqsədi ilə gələn həm xarici, həm də yerli turistlərin sayı artacaq. Bu imkan Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi nəticəsində yaranır. -a istinadən bildirir ki, mövzuya münasibət bildirən millət vəkili Vüqa
17 may 2021Milyonçu qadının qızı hovuzda boğulub öldü - FOTO
Milyonçunun 18 yaşlı qızı boğularaq ölüb. xarici mətbuata istinadla xəbər verir ki, Mayorka adasında villanın həyətindəki hovuzda boğulan yeniyetmənin milyonçunun qızı olduğu aşkarlanıb. 18 yaşlı Josie Clacher səhər saatlarında hovuzda üzərkən boğulub. Onun yaxın dostları cəsədini sudan çıxarıblar. Səs-küy
14 avqust 2019Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI
Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop
19 may 2021Turistlər üçün yardım-dəstək mərkəzi yaradılacaq-VAXT AÇIQLANDI
"Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək" . -a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Eləcə də bax: Azərbaycand
11 dekabr 2019Sloveniyadan peyvənd olunmadan gələn turistlər üçün karantin QƏRARI
Sloveniya hakimiyyəti pisləşən epidemioloji vəziyyəti olan ölkələrdən gələn koronavirus əleyhinə peyvənd edilməmiş bütün turitlər üçün məcburi karantin tətbiq edilməsi barədə qərar verib. -ın TASS-a istinadən verdiyi məlumata görə, karantin bütün epidimioloji vəziyyətin səviyyəsini bildirmək üçün istifad
20 iyun 2021Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."
Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc
29 iyul 2019"Küçə sənətçiləri" layihəsinin icrasına başlanılır.
Bakı Turizm İnformasiya Mərkəzi "Küçə sənətçiləri" layihəsinin icrasına başlayır. "Report"-a istinadən xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib. Layihə barədə məlumat verən Mərkəzin direktoru Rüfət Bağırov bildirib ki, paytaxtın 3 yerində - Dənizkənarı Milli Parkda, "İçərişəhər"d
29 iyul 2019