Dünyada gəlir vergisinin olmadığı və ən yüksək olduğu ölkələr - Siyahı
Dünyanın bir çox ölkəsində dövlət büdcəsinə ödənilən vergilər arasında gəlir vergisi əhəmiyyətli yer tutur.
Sonxeber.az Yeniavaz.com-a istinadən bildirir ki, əksər ölkələrdə gəlir vergisi dərəcələri fərqli olur. Bəzi ölkələr gəliri çox olanlara daha yüksək, gəliri az olanlara isı daha aşağı vergi dərəcələri tətbiq edir.
Bəzi ölkələrdı isə ümumiyyətlə gəlir vergisi tətbiq olunmur. "tradingeconomics.com" portalında yer alan məlumatlar göstərir ki,hazırda dünyada 10 ölkə vətəndaşlarından gəlir vergisi almır.
Vətəndaşından gəlir vergisi almayan ölkələr bunlardı:
1. Baham adaları
2. Bəhreyn
3. Bermud adaları
4. Bruney
5. Kayman adaları
6. Küveyt
7. Oman
8. Qətər
9. Səudiyyə Ərəbistanı
10. Birləşmiş Ərəb Əmirlikləri
Aşağıdakı 10 ölkə isə dünyada ən yüksək gəlir vergisinin olduğu ölkələr hesab olunur:
1. İsveç - 61,8 %
2. Çad - 60 %
3. Fil Dişi Sahili - 60 %
4. Aruba - 59 %
5. Yaponiya - 55,9 %
6. Danimarka - 55,8 %
7. Avstriya - 55 %
8. Belçika - 53,7 %
9. Hollandiya - 51,7 %
10. Finlandiya - 51,6 %
Məlumat üçün qeyd edək ki, Azərbaycanda da fərqli gəlir vergisi tətbiq olunur. Azərbaycanda muzdlu işdən əldə olunan aylıq 2500 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən 20% vergi tutulur. Eyni zamanda qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan illik 30000 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI
Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır
29 noyabrHəzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək? (RƏSMİ)
Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq. Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur. Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki, yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanmas
26 noyabrGələn il də maaş və pensiyalar artacaqmı?
Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra
22 noyabrAzərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçinin 10,05
22 noyabrİnnovasiya və Təchizat Mərkəzi 2,7 milyon manata tibbi əlcəklər alacaq
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib. xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 mana
7 dekabrGürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 2 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib. "Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur. Gürcüstanı
22 noyabr