Azərbaycanda oktyabrda nağdsız ödənişlərin 88 %-i elektron ticarətin payına düşüb
Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.
Noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 701 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ilin əvvəli ilə müqayisədə 9,1 %, ötən ilin eyni dövrünə nisbətən 13,3 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 15,7 % artaraq 19,590 milyon, kredit kartlarının sayı isə 5,2 % azalaraq 2,111 milyon olub. Oktyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,539 milyard manat (illik müqayisədə 16,3 % çox) və 745 milyon manat (9,4 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 60,4 % artaraq müvafiq olaraq 3 516 ədəd (Bakı üzrə 1 894 ədəd) və 172 908 ədəd (Bakı üzrə 107 000 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub. Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,91
25 avqustAzərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib. quruma istinadən xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 00 manat olan "BMW 520I" markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 00 manat ola
2 sentyabrAzərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista
7 sentyabrBu avtomobillərin kreditlə alışı daha SƏRFƏLİDİR - AÇIQLAMA
Elektrik və hibrid avtomobillərə kredit şərtlərində tətbiq olunan fərqlər həm ekoloji təmiz nəqliyyatın təşviqi, həm də bu avtomobillərin maliyyə əlçatanlığının artırılması məqsədi daşıyır. Azərbaycanda bu nəqliyyat vasitələri üçün daha aşağı ilkin ödəniş imkanlarının yaradılması da alıcının avtomobil
31 avqustAzərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb
Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 979,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 9,5 % çoxdur. Bankların aktivlərinin 30 milyard 146 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşki
26 avqustBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabrAlmaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini
2 sentyabrAzərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişləri
25 avqust