Nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb

Nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıbBu günlərdə nüfuzlu beynəlxalq audit və məsləhət şirkəti olan UHY öz səhifəsində Azərbaycanla bağlı məlumat yayımlayıb.

"Report" həmin məlumatı təqdim edir:

"UHY Avrasiya bazarında öz iştirakını gücləndirib.

Avrasiya regionunda əhatə dairəmizi genişləndirərək Azərbaycandakı yeni tamhüquqlu üzvümüz olan "M.A. Audit" MMC-ni, onun törəmə şirkəti "MA Konsaltinq" MMC ilə birlikdə, UHY qlobal mühasibatlıq şəbəkəmizdə salamlayırıq. Bu firmalar hal-hazırda UHY brendinin qəbulu mərhələsindədirlər və tezliklə "UHY Audit" MMC və "UHY" MMC kimi tanınacaqlar.

2009-cu ildə təsis edilmiş, beş partnyor da daxil olmaqla 19 əməkdaşdan ibarət bu heyət paytaxt Bakı şəhərində fəaliyyət göstərir. Heyət əsasən aviasiya, gündəlik tələbat malları (FMCG), neft-qaz və turizm sahələrində təmsil olunan daxili və beynəlxalq müştərilərin portfelinə audit, mühasibat uçotu, konsaltinq və vergitutma sahəsində geniş təcrübə gətirir.

İdarəedici Partnyor Teymur Nağıyev bunu belə şərh edib: "Nüfuzlu UHY brendi altında UHY şəbəkəsi ilə əməkdaşlıq firmamıza Azərbaycanda və daha geniş regionda rəqabət üstünlüyü qazandıracaqdır. Şəbəkənin qlobal arenada mövcudluğu bütün dünyada 8200 insanın malik olduğu UHY təcrübəsi və bilikləri ilə birlikdə nəinki bizim yerli və beynəlxalq səviyyədə imkanlarımızı genişləndirir, eləcə də müştərilərimizin və onların əməliyyat imkanlarını artırır. Biz UHY şəbəkəsi daxilində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq vasitəsilə biznesimizi yüksəklərə qaldıracağımıza ümid edirik."

UHY direktoru Rik Devid: "Biz "UHY Audit" MMC və onun törəmə şirkətini UHY şəbəkəsində böyük məmnuniyyətlə salamlayırıq. Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan Azərbaycan hələ də iqtisadi artıma təkan verən əsas mənbələrdən biri – enerji sektorunda baş verən iqtisadi dəyişiklikləri qəbul etməyə davam edir. "UHY M.A. Audit" MMC-nin üzvlüyü Avrasiya regionunda iştirakımızı genişləndirir və regional bazar təcrübəsini və bu ölkədə və daha geniş regionda sərmayə və biznes iştirakı olan beynəlxalq müştərilərimizə xidmət göstərmək üçün UHY imkanlarını gücləndirir".

"UHY Audit" MMC və "UHY" MMC üzrə

Əlaqələndirmə Ofisi

Əlaqələndirici şəxs: Teymur Nağıyev, İdarəedici Partnyor, +994 12 480 13 62, +994 55 215 53 33,

E-poçt: [email protected]

Veb: https://www.ma-consulting.az/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1206   Tarix: 02 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021