"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdiArtıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir çox sahələrinə təsirsiz ötüşmədi. Elə götürək neftin qiymətini. Belə ki, neftin qiymətinin qeyri-sabit olması nəticəsində iqtisadi fəallıq azaldı, tətbiq edilən məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb oldu. Amma bununla belə deyə bilərik ki, milli iqtisadiyyat tənəzzülə uğramadı. Təbii ki, buna səbəb dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında son illər aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması idi. Ümumiyyətlə, maraqlıdır, iqtisadiyyatımız ötən dövr ərzində pandemiya qaydalarına nə dərəcədə uyğunlaşıb?

"BiG Group" şirkətinin rəhbəri, iqtisadçı-ekspert Namiq Abdullayev 1news.az-ın bu və digər suallarını cavablandırıb.

-İqtisadiyyatımız nə vaxt özünün dirçəliş dövrünü yaşayacaq?

-İlk öncə deyim ki, dünyada pandemiyanın yaranması təbii ki, özü ilə iqtisadi çətinliklər də gətirdi. Azərbaycan da zərərçəkmiş ölkələrdən biridir. Əslində krizisin olmasını dünya iqtisadçıları əvvəlcədən deyirdilər, gözlənilən idi. Pandemiya bu prosesi sürətləndirdi. Pandemiya başlayan zaman çox sahələr ciddi eniş yaşadı, başlıca neftin qiyməti kəskin düşdü. Təbii ki, neftin qiymətinin düşməsi bizim iqtisadiyyatımıza böyük təsir etdi. 2021-ci ildən artıq neftin qiymətinin qalxması ölkəyə gələn valyuta ehtiyatlarını artırdı. Bu, bizim üçün sevindirici hal idi. Bundan başqa deyə bilərəm ki, məqsədyönlü addımları ilə seçilən Prezident İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf etdirməklə neftdən asılılığın azaldılması siyasətini həyata keçirtdi. Pandemiyanın olması bu işi daha da sürətləndirməyə əsas verdi. Fikrimcə pandemiya bitəndən sonra qeyri-neft sektoru da öz layiqli yerini tutacaq. Ölkədə bu istiqamətdə artımların olması həm dövlət, həm sahibkarlar üçün maraqlıdır.

-İqtisadiyyatın zəifləməsi ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşmasına səbəb oldu. Hətta bəzi işbaz sahibkarlar bunu fürsət bilib süni qiymət artımına yol verdilər. Necə düşünürsünüz, qiymətlərin qalxması iqtisadiyyatın azca da olsa dirçəlməsinə hesablanıb?

- Son zamanlar baş verən hadisələr bir çox sahibkarlara məxsus obyektlərin bağlanmasına səbəb olub. Bununla insanların alıcılıq qabiliyyəti də aşağı düşüb. Paralel olaraq nəqliyyat xərcələri və benzinin qiyməti də artıb. Bir çox məhsuların xaricdən gəlməsini nəzərə alsaq, import proseslərin gecikməsi də qiymətə təsir edir. Əvvəl karqo şirkətləri 1-2 həftə ərzində məhsul gətirə bilirdilərsə, indi bu proses 1 aya kimi uzanıb. Təbii ki, xərclərin artması, bütün bunların fonunda insanların alıcılıq qabiliyətinin aşağı düşməsi qiymətlərin artmasına gətirib çıxarır. Sahibkarların biznes imkanlarının genişlənməsi üçün dövriyyə və maaliyyə axınının olması mütləqdir. Bir çox sahibkarlar qiymət artımını ona görə ediblər ki, biznesləri çökməsin. Amma bunu fürsət bilib edənlər də az deyil.

-Bəzi iqtisadçılar normal iqtisadi sistemlərdə 5-7% civarında inflyasiyanı tam normal hal kimi qiymətləndirirlər. Bəs sizcə necə, bu normaldırmı?

-Ölkələrdə inflyasiya hər zaman olub. Düşünürəm pandemiya vaxtında iqtisadi problemlər, qapanmalar bu prosesi daha da artırıb. Lakin dövlət nəzarəti bu prosesin çox dərinləşməsinə imkan vermir, mövcud şəraitdə əllərindən gələni edirlər.

- Məlumdur ki, hazırda ölkədə iqtisadi göstəricilər aşağıdır. Sizcə bu göstəricilərin yaxşılaşması üçün daha hansı addımlar atılmalıdır?

-Pandemiya müddətində insanların virusa yoluxması dinamik şəkildə artdığından bəzi sahələrdə qapanma oldu. Sahibkarların əksəriyyəti öz bizneslərini ya bağladılar ya da kiçiltdilər.Xüsusilə də turizm, kafe və restoranlar çox ciddi zərbə ilə üzləşdilər. Lakin bu zaman yeni yaranan və artan bizneslər də oldu. Oflayn çalışan bizneslər özlərini onlayn inkişaf etdirməklə ziyanlarını azaltmış oldular. Eyni zamanda yumşalmalara gediləndə artıq bu bizneslərin həm oflayn, həm onlayn kanalları hazır oldu. Dövlət isə tək sahibkarları deyil, həm də insanların sağlamlıqlarını da düşündü.

Onu da nəzərə alaq ki, Azərbaycan müharibədən yeni çıxan ölkədir. Bu çətin şəraitdə sahibkarlara güzəşt verilib, yoxlamalar dayandırılıb, yeni startup layihələrin vergidən tam azad olunması imkanı yaradılıb. Sahibkarlar üçün bu krizis bir sınaqdır, daha ağıllı tərpənib, həll yolu tapanlar bu çətinlikdən sonra daha da güclü olacaqlar. Məşhur söz var, səni öldürməyən səni güclü edir" .

İqtisadiyyat Nazirliyindən alığımız məlumata əsasən isə, pandemiya dövründə 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərilib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.
Aytən Sakitqızı


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 835   Tarix: 06 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo

26 oktyabr
.

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin dəyəri 759 milyon 552,9 min ABŞ dolları olub. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 milyon 401,4 min ABŞ dolları (24,7 %) azdır

30 oktyabr
.

Bitkoinin qiyməti azaldı

Bitkoinin qiyməti son 24 saatda 1,8% azalaraq 81,8 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 1,9% azalaraq 2 403 dollar təşkil edib

22 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr