AzTV ilə bağlı İLGİNC İDDİALAR: verilişlər bağlanır, 200 işçi maaşsız qalıb - TV-dən cavab

AzTV ilə bağlı İLGİNC İDDİALAR: verilişlər bağlanır, 200 işçi maaşsız qalıb - TV-dən cavabArif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrliyindən uzaqlaşdırılmasından sonra televiziya kanalı ətrafında səs-küy səngimək bilmir.

TV rəhbərliyinin tanınmış jurnalist Rövşən Məmmədova həvalə edilməsi ilə illərdir kanal barədə pis imic formalaşdıran, barələrində mətbuatda hər zaman "qara xəbər"lər gedən şəxslər buradan uzaqlaşdırıldı, onların yerinə yeni və gənc simalar gətirildi.

Bir müddət kadr islahatları ilə gündəmə gələn TV barədə indi yeni iddialar səsləndirilir.

Mətbuatda yer alan xəbərlərə görə, kanaldakı dəyişikliklərin mahiyyəti, əslində, gizli saxlanılıb.

İddia olunur ki, AzTV-dəki yeni proqramların yaradılması, bir sıra verilişlərin bağlanmasının arxasında külli miqdarda vəsaitin silinməsi dayanır.

Xəbərlərdə TV-dəki 24 verilişin bağlandığı, 200 nəfərə yaxın işçinin maaşsız və qonorarsız qaldığı da qeyd olunur.

Digər iddiaya görə, AzTV-də kadr məsələləri Zemfira Əliyeva adlı bir xanıma həvalə olunub. Z.Əliyeva isə Elmar adlı qohumunu maliyyə şöbəsinə rəhbər gətirib, övladını TV-də işlə təmin etdirib.

TV-yə işə götürülənlər arasında Rövşən Məmmədovun "Lider" TV-dən həmkarları və qohumlarının olması da yayılan xəbərlər arasındadır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bütün bu iddialarla bağlı Oxu.Az-a açıqlama verib.

TV rəsmisi əvvəlcə bağlanan və açılan verilişlərlə bağlı iddiaları cavablandırıb. Qeyd edib ki, nəinki AzTV-də, həmçinin, Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır:

"Hər hansı verilişin xüsusən mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanmış verilişin əvəzinə, həftə içi beş gün yeni studiyadan, yeni formatda efirə gedən "Əsas Məsələ" siyasi tok-şousu ilə yanaşı, 31 veriliş də efirə gedir".

Açıqlamada bildirilir ki, yeni verilişlərin heç biri "prodakşn" verilişlər deyil. Bu layihələrin hər birini AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" kanallarının əməkdaşları hazırlayır:

"Bu layihələrin hər birinə görə həmin əməkdaşların qonorarı iki, bəzi hallarda üç dəfə artıb".

"Lider" TV-dən AzTV-yə əməkdaşların cəlb olunması məsələsinə gəlincə, bildirilir ki, sözügedən kanalın keçmiş əməkdaşları ilə yanaşı, digər televiziya kanallarının işçiləri də burada işə başlayıb.

M.Aslanov qeyd edib ki, son altı ayda ümumilikdə 230 nəfər AzTV-də işlə təmin olunub, onların heç biri R.Məmmədovun qohumu deyil.

Bundan başqa, son altı ayda TV-də təxminən 442 nəfərin əməkhaqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb.

TV-də kadr məsələsinin Zemfira Əliyevaya həvalə olunmadığını vurğulayan M.Aslanov AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbərinin İlhamə Hüseynova olduğunu və onun da hər hansı qohumunun TV-də çalışmadığını deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1622   Tarix: 03 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021