"Lotu Quli"ni söydürən, sonra masasında bıçaqlanan "Rəşad Gəncinski" kimdir? - DOSYE

"Lotu Quli"ni söydürən, sonra masasında bıçaqlanan "Rəşad Gəncinski" kimdir? - DOSYEAzərbaycanlı "kriminal generallar" iki cəbhəyə bölünüb.

Birinci dəstə "Lotu Quli" ləqəbli Nadir Səlifovun ətrafında, digərləri isə Nadir Səlifova qarşı koalisiyada olan "qanuni oğrular"dan ibarət dəstədə təmsil olunur.

Nadir Səlifovun ətrafında olanlar arasında bir zamanlar onunla düşmən mövqedə olan Rəşad İsmayılov (Rəşad Gəncinski) da var. "Rəşad Gəncinki" Nadir Səlifovun əleyhinə çıxan, Rusiya bazarlarında ona qarşı anti-piar aparan kriminallardan olub.

Söhbət 2004-cü ildə kriminal aləmdə "Gəncəli Zayka" kimi tanınan Zaur Əliyevin "Lotu Quli"ni təhqir etməsi, daha sonra həbsxanada döyülərək sındırılmasından gedir.

"Zayka" video çəkiliş vasitəsi ilə "Lotu Quli"dən üzr istəyir: "Adım Əliyev Zaurdur. Ləqəbim "Zayka"dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Məni Gəncəli Rəşad və Canpolad öyrədib".

İndi isə "Rəşad Gəncinski" bir zamanlar əleyhinə kampaniya apardığı Nadir Səlifovun yanındadır.

"Rəşad Gəncinski" kimdir?

İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində Abbas Səhhət adlanan yerdə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhələdə xırda cinayətlərə qarışıb.

Daha sonra onun da yolu "Oğruların şəhəri" kimi tanınan Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Liderlik qabiliyyəti, Rusiyada olan azərbaycanlılar arasında olan hörməti Rəşadı "qanuni oğru"lara yaxınlaşdırıb.

2013-cü ilin fevralında Moskvada böyük "sxodka" keçirilir. Həmin "sxodka"da azərbaycanlı "qanuni oğrular"dan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) iştirak edir.

"Sxodka"da "Rəşad Gəncinski" və "Emin Hacıqabulinski" "qanuni oğru" kimi taclandırılır.

Rəşad Gəncinski "qanuni oğru" adını aldıqdan bir qədər sonra "Lotu Quli"yə yaxınlaşmağa başlayıb. O, həbsdə olan liderinin tapşırığı ilə Rusiyada cinayətkar dəstəyə rəhbərlik etməyə başlayıb.

Belə ki, 2017-ci ilin avqustunda "Lotu Quli"nin tapşırığı ilə Rəşad Abxaziyanın Qudauti şəhərinə yollanıb. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli qanuni oğru Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Həmin zaman "Nika" abxaz qanuni oğruları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl "Quli "Kuşa" ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma "Kuşa" Abxaziyaya girə bilməmişdi.

Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində "Nika"yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən "Piza" ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və "Nika Qaqrinski" güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Rəşad bir neçə gün sonra həmin xəstəxanadan qaçıb.

Azərbaycanlı "qanuni oğru" bu hadisədən bir neçə ay keçməmiş yenidən bıçaqlanıb.

Belə ki, hadisə "Lotu Quli" azadlığa çıxandan sonra onun şərəfinə təşkil olunmuş məclislərin birində baş verib. Nadir Səlifovun evində baş tutan yemək masası arxasında İlqam Hacıyev (İlqam Bolniski) adlı avtoritetlə mübahisə edən Rəşad İsmayılov bıçaq yarası alıb. Bu hadisədən sonra "Lotu Quli" hər iki tərəfi sakitləşdirib.
Bildirilib ki, "Rəşad Gəncinski" İlham Hacıyevin ünvanına nalayiq söz deyib. Bundan sonra, İ.Hacıyev bıçağa əl atıb. (bakupost)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2857   Tarix: 09 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021