Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırır - VİDEO

Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırır - VİDEOTürkiyəli dietoloq Erdi Abdulla Uğurun sözlərinə görə, bədənin gümrah və sağlam olması üçün sadəcə pəhriz və idman kifayət etmir.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, sağlam qidalanma eksperti dərinin elastikliyi üçün həftədə 2 dəfə sümük suyu içməyi tövsiyə edib:

"Sadəcə pəhriz və idman yetmir. Vitamin-mineral çatışmazlığı, zərərli məhsullar, həddindən artıq duz və şəkər istifadəsi sağlam bədənin qarşısına sədd çəkir. Sağlam qalmaq və sağlamlığımızı geri qazanmağın yolu sağlam qidalanmadan keçir. Qablaşdırılmış məhsulların çox böyük bir qismi dərinin düşmənidir.

Yüksək miqdarda şəkər və duz dəri zülallarını əmərək orqanizmin sağlam görünüşünü zədələyir. Şəkər orqanizm zülallarına bağlanaraq dəri quruluşunun pouzulmasına səbəb olarkən, artıq duz ödəmə və toxuma bütövlüyünün pozulmasına yol açır.

Vücudumuzdaki zülalların 90 faizini kollagen təşkil edir. Amma seçim edərkən içərisindəki kollagen miqdarı, kollagen tipi və təsir forması çox əhəmiyyətlidir. Tip 1 və Tip 3 kollagen növü 3-6 ay ərzində dəri toxumasını möhkəmləndirir, dəri elastikliyini bərpa edir. Bununla yanaşı, sümük suyu tərkibindəki prolin qlutamin kimi kollagen quruluşunu təşkil edən amin turşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Dəriyə daha sağlam, elastik və canlı bir görüntü qazandırır.

Sümük suyu şorbaları rasiona həftədə 1-2 gün daxil edilməli olan yaxşı alternativdir. Yalnız çox uzun müddət bişirilməsi nəticəsində sümüyün tərkibindəki bəzi zərərli molekullar da aşkara çıxa bilər. Odur ki, maksimum 3-4 saat qaynamat yetərli olacaq. Avokado sağlam yağları və güclü antioksidant birləşmələri ehtiva edən müdhiş bir qidadır. Aparılan tədqiqatlar göstərib ki, avokado dərinin yenilənməsinə çox güclü təsir göstərir. Həmçinin yay aylarında günəşin zərərli təsirlərindən qorumaq gücünə malikdir".

Daha sonra mütəxəssis su və yaşıl çayın dəriyə təsirlərini sadalayıb:

"Su bütün bədənimizin 60- 65 faizini təşkil edən super qidadır. Dərimizin daha nəmli, parlaq və canlı olması kifayət miqdarda su qəbulu ilə əlaqəlidir. Bədənin uzun müddət susuz qalması dərinin qurumasına və qırışmasına, həmçinin digər problemlərin şiddətlənməsinə səbəb olur. Dərinin özünü yeniləyə və daha sağlam görünüşə olması üçün kişilər gündə 2.5 litr, sağlam qadınlar isə gündə 2 litr həcmində su qəbul etməlidir.

Yaşıl çay həm bədənin toksinlərdən təmizlənməsi, həm də metabolizmi sürətləndirmək mövzusundakı təsirləri ilə ön plana çıxır. Yaşıl çayın içində olan katexin adı verilən güclü antioksidant maddələr dərini qoruyan və nəm balansını artıran təsirli maddədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 648   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021