Təzəcə məzun olan baba: Auditoriyada bir ay qaldım

Təzəcə məzun olan baba: Auditoriyada bir ay qaldımAzərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir. O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədov Sədr rayonun ilk əməkdar müəllimidir. Əhmədovları kənddə hamı veteranlar ailəsi kimi tanıyır.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1985-ci ildə orta məktəbi bitirən qəhrəmanımız 3 il sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Rayona qayıdaraq maliyyə və vergi idarələrində fəaliyyətə başlayan İqrar kişi səliqəsi və düzgünlüyü ilə işçilər arasında sayılıb-seçilib.

1996-cı ildə İqrar Əhmədov Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar kişi qarşısına məqsəd qoyur və 1997-ci ildə İqtisad Universitetinə imtahan verərək qəbul olunur. Tələbələr arasında yaşı və təcrübəsi ilə seçilən İqrar müəllimlərin də sevgi və hörmətini qazanır.

"Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə təhsili davam etdirmədim. Bir ilim qaldı", - İqrar kişi xatırlayır.

Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçdikcə ailə və məişət qayğılarına başı qarışan İqrar kişi bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda idi. Yeri gəlmişkən, İqrar Əhmədov ailəlidir və üç övladı, nəvələri var. O, iki uşağına təhsil verib, balaca övladı da bu il ali məktəbə qəbul olunub.

Kiçik övladı imtahana hazırlaşanda İqrar kişi 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il Azərbaycan İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edir. İki ay gecə-gündüz hazırlaşaraq 17 fərq imtahanı, ümumilikdə isə 21 imtahan verərək yenidən tələbə adını qazanır.

İ.Əhmədov deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşmək, onlarla ayaqlaşmaq cəhətdən problem yaşamayıb: "Özümü qocalmış hiss etmirəm. Yorulmamışam, həvəsdən düşməmişəm. Baxmayaraq ki, 52 yaşım var, bu gün də qarşıma məqsəd qoysam, çalışıb-vuruşub istədiyimi əldə edə bilərəm. Qiyabi oxuduğum üçün gənclərlə bir ay auditoriyada oldum. Tənəffüsə belə çıxmırdım, dərslərlə məşğul olurdum, gənclərlə ünsiyyət qururdum. Məndən yaşca çox kiçik olsalar da, qrup yoldaşlarımla yaxşı ünsiyyətimiz alındı. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm. Qətiyyən problemimiz olmadı, əskinə, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim".

Müsahibimiz deyir ki, gənc qrup yoldaşları ilə əlaqə saxlayır: "Yaş fərqi qrup yoldaşı olmaq üçün maneə deyil. Əlaqəmiz olanlar var. Mən Qəbələdəyəm, turizm bölgəsi olduğu üçün bura çox adama maraqlıdır. Buraya gələndə mənimlə əlaqə saxlayırlar".

Hazırda İqrar kişi müxtəlif insanlar və təşkilatlardan xeyli iş təklifi alır. Onun sözlərinə görə, oxumaq heç bir yaşda gec deyil. Yetər ki, insan istəsin və qarşısına məqsəd qoysun.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2516   Tarix: 14 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021